Rayon xəstəxanalarının bazasında ailə sağlamlıq mərkəzləri YARADILDI
Rayon mərkəzi xəstəxanalarında, o cümlədən də ilkin səhiyyə xidməti strukturlarında təkmilləşdirilmə işləri aparılır. Belə ki, poliklinikaların və kənd sahə xəstəxanalarının bazasında ailə sağlamlıq mərkəzləri (ASM) yaradılıb, Ailə həkimi modelinin tətbiqinə başlanılıb.
TƏBİB-dən Adalet.az-a verilən məlumata görə, həyata keçirilən işlərin davamı olaraq bölgələrin kənd məntəqələrində rayon mərkəzi xəstəxanalarından səyyar tibbi briqadalar cəlb edilməklə tibbi müayinələr təşkil edilir. İlk olaraq Sabirabad, Astara rayon mərkəzi xəstəxanalarının həkimləri (terapevt, pediatr, cərrah və d.) tərəfindən sözügedən rayonların bir sıra kəndlərindəki həkim məntəqələrində vətəndaşların instrumental müayinələri keçirilib.
Məntəqələrə gələ bilməyən vətəndaşların yaşayış ünvanlarında tibbi müayinəsi aparılıb.
Ümumilikdə, tibbi müayinələrdən 100-dən çox vətəndaş yararlanıb. Bu cür səyyar tibbi müayinələr davam etdiriləcək.
Digər Xəbərlər
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
12 Sentyabr 2026 10:20


Bakı -°C

