adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Mart 2024 07:53
1135
İDMAN

“Real Madrid”in hücumçusu “Liverpul”a keçə bilər

“Real Madrid”in hücumçusu Rodriqo Qoes yayda klubunu dəyişərək, “Liverpul”a keçə bilər.

Qeyd olunub ki, “Liverpul” kral klubunun futbolçusu ilə maraqlanır və artıq İspaniya komandası ilə əlaqə saxlayıb. Madrid klubunun ən azı 100 milyon avro tələb edəcəyi gözlənilir.

Rodriqonun “PSJ”nin hücumçusu Kilian Mbappenin Madridə gəlişi və gənc braziliyalı Endrikin “Palmeyras”dan gözlənilən transferi səbəbindən əsas heyətdəki yerinin daimi olmayacağını təxmin etdiyi bildirlir.

Xatırladaq ki, Rodriqo 2019-cu ildən “Real Madrid”in tərkibində oynayır.