14 May 2025 16:01
192
İDMAN

"Real Madrid"in qapıçısı zədələndi

İspaniyanın "Real Madrid" komandasının qapıçısı Andriy Lunin ötən gün məşq zamanı zədələnib.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı əlcək sahibi bu gün La Liqanın 36-cı turunda “Malyorka” ilə keçiriləcək görüşü buraxacaq. Ukraynalı qolkiperin əvəzinə Fran Qonzales heyətə daxil edilib.

A.Lunin bu mövsüm “Real Madrid”in heyətində 12 oyunda meydana çıxıb.