Rejissor yeni işlərindən danışdı: “Sarı Aşığın dastan”ını səhnələşdiririk
“Araşdırdıq, məlum oldu ki, azı son üç əsrdə Azərbaycan bütün ixtiralara, yeni kəşflərə açıq olub”.
Bu fikirləri Adalet.az-a açıqlamasında rejissor Elvin Mirzəyev səsləndirib. Rejissor yeni işləri barədə danışıb.
“Həm yeni ekran işi, həm tamaşa, həm də sənədli film üzərində işləyirəm. Teatrda “Sarı aşığın dastanı”nı pyesləşdirib səhnəyə çıxarmaq üçün həm dramaturqlarla, həm də aktyorlarla çalışıram. Səhnə işi bilavasitə səhnədə yaranır. Bu əsər dastan halındadır, dramaturji kontenti və konstruktu yoxdur deyə biz konstruksiyanı yaratmaq üzərində işləyirik. Yaxın vaxtlarda tamaşaçıya təqdim edə biləcəyik.
“Geriyə döndükdə” adlı sənədli filmi Azərbaycanın müxtəlif dövrlərinə aiddir. Biz araşdırmalar apardıq və məlum oldu ki Azərbaycan həmişə bütün yeniliklərə açıq olub. Son üç əsrdə çıxan yeni ixtiraların hər biri Azərbaycana çox qısa müddətdə gəlib və istifadə olunub.
Vətənpərvər mövzuda da bir bədii film üzərində çalışıram. Qısa zamanda bu film barədə də açıqlama verəcəm”.
Eminquey
Digər Xəbərlər
15 Sentyabr 2026 14:18
BORÇALI AŞIQLARIN MÖHTƏŞƏM KONSERTİ
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54


Bakı -°C

