“Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilib
Noyabrın 5-də Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan 60-a yaxın tələbə üçün “Visiting Lecturer” layihəsi çərçivəsində “Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilib.
Adalet.az xəbər verir ki, ADA Universitetində keçirilən seminarda spiker qismində Udin və Milan Universitetlərinin məzunu, kommunikasiya və marketinq, peşəkar brendin formalaşması üzrə strateji planlama istiqamətində ixtisaslaşan, Azərbaycan və Mərkəzi Asiya üzrə biznes brendləri ilə yaxından işləyən Tatyana Ravalli çıxış edib. O, rəqəmsal media mühitində kommunikasiya alətləri və formaları, müxtəlif tərəflərlə effektiv ünsiyyətin qurulmasının əsaslarından danışıb və texnologiyanın inkişafı ilə dinamik dəyişən media sahəsində yeni tendensiyalarla bağlı xarici bilik və təcrübələrin öyrənilməsinin və tətbiqinin vacibliyini vurğulayıb.
Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarın keçirilməsində əsas məqsəd gənclərin media sahəsində fəal iştirakına şərait yaratmağa, yaradıcı-innovativ potensialını stimullaşdırmağa, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmağa və yerli mediada tətbiqini reallaşdırmağa töhfə verməkdir.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

