Reyestrə düşməyən media subyektlərinə XƏBƏRDARLIQ

Media Reyestrindən keçməyən media subyektləri məhkəməyə veriləcək
Adalet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
O qeyd edib ki, Reyestrdən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var və bu müddət ərzində onlar müraciət edə bilərlər. “Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”, - deyə o əlavə edib.
Nicat
Digər Xəbərlər

“Medianın inkişafında Heydər Əliyevin rolu” adlı konfrans keçirildi - FOTOLAR - YENİLƏNİB

"Demokratik mətbuatın sürətli inkişafı Ümummilli Liderin adı ilə bağlıdır" - Əhməd İsmayılov

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından - REAKSİYA

Bu hallarda media subyektləri Media Reyestrindən çıxarılacaq

İnformasiya agentliklərinə dair yeni tələblər

Reyestrdən keçməyən çap media subyektləri 5000 manatadək cərimələnəcək

Saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
