"Elit" də 15 manat, başqa aptekdə 6 manat...
Bu gün heç kimə sirr deyil ki, bir çox dərmanlar ayrı- ayrı apteklərdə müxtəlif qiymətlərə satılır. Təbii ki, bu da , insanların böyük narazılığına səbəb olur!
Çünki indiki bahalaşma dövründə tək dərmanlar deyil, həm də bütün sənaye və ərzaq , qida məhsulları bahalaşır. Amma gərək bu bahalaşma da əhalinin cibinə uyğun olmalıdır. Ən azından ona görə ki, təqaüdçülər və aztəminatlı ailələr bundan daha çox əziyyət çəkirlər!
Bunlar hamısı aydındır, amma aydın olmayan odur ki, bir neçə satılan dərmanlar bir- birindən fərqli qiymətə satışa çıxarılır. Məsələn, " Elit" aptekdən 15 manata aldığımız " Tizersin"i başqa aptekdən 6 manata aldıq! Məgər , bu qədər də qiymət fərqi olar! Özü də , nə az, nə də çox 9 manat!
Bax , bu , nə deməkdir! Bu o deməkdir ki, bəzi apteklər üçün heç də qanun şah deyil və onlar özlərini şah sayırlar. Hər hər halda , aidiyyəti dövlət qurumları belə qanun pozuntularını diqqət mərkəzində saxlamalı, sui-istifadə hallarına yol verən apteklərin rəhbərlərini və satıçıları cinayət və inzibati məsuliyyətə cəlb etməlidirlər!
Emil Faiqoğlu
Digər Xəbərlər
08 Iyul 2026 14:51
PSİXOLOQ: “Ən təhlükəli məqam zorakılığın alqışlanmasıdır”
07 Iyul 2026 18:21
Sosial şəbəkələrdədə satılan bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
07 Iyul 2026 17:52
Saç tökülmə, halsızlıq, diqqət dağınıqlı - Bir problemin əlamətidir
07 Iyul 2026 11:33


Bakı -°C

