Romada Qarabağa həsr olunmuş qərəzli beynəlxalq konfrans: "Artsaxın mədəni irs"i
Ermənilər növbəti dəfə Azərbaycanın əbədi və əzəli ərazisi olan Qarabağa aid yalanları ilə Avropanın zəhləsini tökməyə başlayıblar.
Adalet.az xəbər verir ki, noyabrın 18-də Romada "artsaxın mədəni irsinin qorunması"na həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bu barədə Ermənistanın İtaliyadakı səfirliyi məlumat yayıb.
Konfrans Erməni Apostol Kilsəsinin Müqəddəs Taxt-tacdakı nümayəndəliyi və Bütün Ermənilərin Katolikosluğunun himayəsi altında 'Istituto di Studi Ecumenici dell'Angelicum İnstitutu tərəfindən təşkil olunur.
Xəbərdə deyilir ki, konfransda erməni və avropalı ekspertlər çıxış edəcəklər. Roma La Sapienza Universitetindən Marko Bais Bakının Qafqaz Albaniyası ilə bağlı klassik və orta əsr mənbələrindən sui-istifadə etməsindən danışacaq. Alman dilçi, qafqazşünas, Hamburq Universitetindən Yost Gippert “artsaxda alban yazıları varmı?” mövzusunda məruzə ilə çıxış edəcək. Yena Universitetindən Anneqret Plontke-Lüninq artsaxın memarlıq irsinin tarixi icmalını təqdim edəcək, Yerevan Dövlət Universitetini təmsil edən Hamlet Petrosyan isə erməniləşdirməyə çalışdığı tarixən qədim Alban və türk abidələrinin hazırkı vəziyyəti haqqında danışacaq.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Amerikanın “Time” jurnalı "beynəlxalq ictimaiyyətin hərəkətsizliyi qarşısında Dağlıq Qarabağda erməni irsinin dağıdılması və mədəni soyqırım təhlükəsi barədə" məlumat yaydı . 2023-cü il noyabrın 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan YUNESKO-nu erməni mədəni irsini qorumaq üçün Dağlıq Qarabağa missiya göndərməyə çağırdı.
Əntiqə Rəşid
Digər Xəbərlər
10 Yanvar 2026 17:03
"Qaçqınkom"dan "Qobu Park"dakı binalar barədə iddialara MÜNASİBƏT
10 Yanvar 2026 15:00
FHN əhaliyə müraciət etdi
10 Yanvar 2026 13:09
Azərbaycanda fotoqraf buna görə 3 gün mağarada qaldı - VİDEO
09 Yanvar 2026 21:23
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı
09 Yanvar 2026 17:55
Publik hüquqi şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişib
09 Yanvar 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaq vahid anlayışından istifadə olunacaq
09 Yanvar 2026 16:10
AZAL Bakı-Tehran-Bakı reysini ləğv etdi
09 Yanvar 2026 14:21


Bakı -°C

