Rövşən Rzayev vətəndaşları qəbul edib - FOTOLAR
İyunun 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyevin məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirlərinin görüldüyü, infrastruktur layihələrinin icra edildiyi, yeni yaşayış sahələrinin inşa olunduğu, bərpa və yenidənqurma işlərinin aparıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxlayır, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşır.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi vətəndaşların əksəriyyətini məcburi köçkünlər təşkil edib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vurğulanıb ki, məcburi köçkünlər üçün mənzillər bundan sonrayalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. İşğaldan azad olunmuş şəhər və rayonların bir çoxunun Baş Planı artıq təsdiq edilib, bərpa-yenidənqurma işləri sürətlə həyata keçirilir.
Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Digər Xəbərlər
04 Iyul 2026 11:34
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
04 Iyul 2026 11:27
“Bu, seperatçı şəxslərə münasibətdə hüquqi prinsiplərə üstünlük verdiyini nümayiş etdirir...”
04 Iyul 2026 09:42
Bazarlarda 11-12 manata quzu əti... - VİDEO
03 Iyul 2026 17:43
Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir
03 Iyul 2026 16:58
Azərbaycan ilə Şimali Kipr arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
03 Iyul 2026 16:37
Baş prokuror Xətaidə vətəndaşları qəbul etdi
03 Iyul 2026 14:00
Azərbaycan və BMT şəhər mobilliyi sahəsində əməkdaşlığı müzakirə edib
03 Iyul 2026 10:36


Bakı -°C

