adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 Noyabr 2022 11:08
620
MARAQLI

Rus imperiyasına qarşı cihad elan etmiş azərbaycanlı - Zaur Əliyev yazır

Rus imperiyasına qarşı Qafqazda ilk dəfə cihad elan etmiş azərbaycanlı Mövlanə...

Rus işğalına qarşı QƏZAVAT ( islam dinindən olmayan xalqlarla din uğrunda aparılan müharibə; cihad) barədə danışanda hər kəs Qafqazın şimal xalqlarını misal çəkir. Amma çox adam bilmir ki, Rusiya imperiyası dövründə Ruslara qarşı cihad elan edilməsi fətvası Azərbaycanlı din alimi Mövlanə İsmayıl Siracəddin əl-Kürdəmiri əş-Şirvani tərəfindən verilib. Ləqəbi “Siracəddin” (dinin çırağı), nisbəsi “əl-Kürdəmiri” bəzən “əş-Şirvani” kimi yad edilmişdir, Böyük sufi Nəqşbəndiyyə ordeninin ruhani lideri olub. 1782-ci ildə Azərbaycanın Şamaxı qəzasına bağlı Kürdəmirdə dünyaya gələn Şeyx dövrün ən hörmətli şəxslərindən biri olub.

Rus işğalına qarşı Qafqazda savaşın tanınan isimlərindən biri Qazi Məhəmməd və Şeyx Şamil görkəmli islam alimi, mövlanədən fətva almalı idilər və o zaman Qafqazdan tutmuş Anadoluya qədər sözü keçən Mövlanə İsmayıl Siracəddin əl-Kürdəmiri əş-Şirvaninin yanına gəlirlər. Olar Qafqaz xalqlarını işğalçı Rusiyaya qarşı birləşdirmək və onları bu ərazilərdən qovmaq üçün savaşa başlamaq istədiklərini bildirlər. Lakin bunun üçün onlara möhtərəm din xadimindən razılıq almaq lazım idi. Bu şəxs isə İsmayıl Kürdəmirskidən başqası ola bilməzdi. Şeyx onları dinləyir və camaatı məscidin qarşısındakı meydana çağırır. Qazi-Məhəmmədin imam çamağını taxıb elan edir " Ey müsəlmanlar biz hamınızı Ruslara qarşı cihada səsləyirəm və Qazi-Məhəmmədin imam elan edirəm. Bu gündən sonra cihada İmam Qazi Məhəmməd başçılıq edəcəkdir"..

Doğrudan da, ləzgi Məhəmməd Yaraqski Qafqaz müharibəsində Qəzəvətin ideoloqu və imamətin ruhani rəhbəri idi, lakin o, yalnız 1821-ci ildə Hacı İsmayıl Kürdəmirskidən böyük mürşid ( mənəvi rütbə) titulunu aldıqdan sonra belə nüfuz əldə edə bildi .

Çar məmurlarına məlum olur ki, şeyxlərin mürşidi İsmayıl Şirvanidir və cihadı o elan edib. Ona və ətrafına qarşı repressiyalar başlanılır və bundan xilas olmaq üçün O, 1841-ci ildə Amasiyaya gedir və ömrünün sonuna kimi burada yaşamışdır. İsmayıl Şirvanini Qafqazda rus işğal siyasətinə qarşı mübarizənin rəmzinə çevrilərək Türkiyəyə mühacirət etmişdi. Mövlanə İsmayılın övladlarından biri Şirvanzadə Mehmet Ruşdi Paşa Osmanlı dövlətinin ən yuksək vəzifəsinə – sərdəzəmlik (baş nazir) məqamına qədər yüksələ bilmiş, yeganə azərbaycanlıdı. Şeyx 1848-ci ildə vəba xəstəliyindən vəfat etmiş və Amasiya yaxınlığındakı Şamlar qəbristanlığında dəfn olunmuşdur.

Dosent Zaur Əliyev