Daha əvvəl də dediyimiz kimi, Rusiyanın son vaxtlar Ukrayna münaqişəsində təyziqlərinin qarşıslnın alınması üçün ABŞ Suriyada vətəndaş müharibəsini yenidən alovlandırdı.
Proqnozlarımız artıq özünü doğrultmağa başlayıb. Dünəndən başlayaraq, Suriya prezidentii Bəşər Əsədində bəyan etdiyi kimi, "dost tərəfdaş ölkələrdən sayılan" Rusiya kosmik silahlı qüvvələri, Suriya ordusu ilə birlikdə Hələb şəhərini zəbt edın "islamçı" qruplaşmalara qarşı əks hücuma keçərək 100-dən artlq terroçunun məhv etdiklərini bildirib. Bu barədə bu ölkədə yerləşən Rusiyanın düşmən qüvvələrini barışma mərkəzinin müavini Oleq İqnatyuk xəbər verib.
"Ötən gün ərzində, dümən qüvvələrin və hərbi texnikalarının yerləşdiyi operativ məkanlara, yanacaqdoldurma məntəqələrinə bomba və raket zərbələri endirilib, 100-dən artıq terrorçu məhv edilib"- deyə İqnatyuk bildirib.
Rusiyalı zabit, həmçinin bildirib ki, ABŞ başda olmaqla Qərb koalisiyası Suriyanın hava məkanlarında təxribatlar törətməkdə davam edirlər. İqnatyuk qeyd edib ki, ötən gün ərzində koalisiya hərbi hava qüvvələri Suriyamın Ət-Tanf rayonunun hava məkanlarını səkkuz dəfə pozmağa cəhd ediblər.
Xəbər verdiyiniz kimi, bu günlərdə "Həyat Təhrir əş-Şam" qruplaşnası, tərəfdaşları ilə birlikdə Suryyanın Hələb və Xama şəhərlərinə hücum edib, Həkəb şəhərini tam nazarətə götürüblər. Xamaya hücumlarının qarşısı isə, Suriya və Rusiya hərbi qüvvələri tərəfindən alınıb.
Beləliklə, Birlışmiş Ştatların Rusiyanın Ukrayna cəbhəində diqqətini yayındırmaq və təyziqini azaltmaq planları ilkin mərhələdə uğur qazanmış kimi görünür.
Rusiya Suriyaya, Bəşər Əsədə kömək etmək məcburiyyətindədir. Çünki, Əsəd devrilərsə və "Sem dayının" yetişdirdiyi ənənəvi islama heç bid dəxli olmayan "islamçı qruplaşmalar" qalib gələrlərsə, ,təkcə bu ölkənin deyil, bütün ərəb ölkələrinın nefti Birləşmiş Ştatlarln əlinə keçəcək və Avropaya axacaq. Rusiyanın ən çox qazanc əldə etdiyi neftə də ehtiyac qalmayacaq. Beləliklə Kremlin Avropanı faktiki olaraq enerji təyziqi altlnda saxladığı bu rıçaqları da, əlindən çıxacaq. Yəni ABŞ -ın "B" planı da işə yarıyacaq.
Görünən odur ki, ABŞ-ın nəzarətundə olan terrorçu qruplaşmalar "Sem dayının" dəstəyi ilə getdikcə Əsəd rejiminə qarşı təyziqlərini artıracaq. Bəs belə olan halda Rusiya nə edəcək, hazırda Ukraynada döyüşən ordu və hərbi texnikasının bir hissəsini çıxarıb Suruyaya göndərəcəkmi?