"Rusiyada azərbaycanlılara işgəncələrin verilməsi beynəlxalq hüququn pozulmasıdır" - Baş Prokurorluq

"Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub".
Adalet.az xəbər verir ki, bunu Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılara işgəncələrin verilməsi beynəlxalq hüququn pozulmasıdır:
"Beynəlxalq müqavilələrlə işgəncələr qadağan edilib. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının üzvü olsa da, Rusiya bu konvensiyadan çıxıb. Orada yaşayan azərbaycanlıların hüquqları pozulub".
Digər Xəbərlər

Kamran Əliyev Hərbi Prokurorluğun bu idarəsinə rəis təyin etdi

Baş prokuror Qəbələdə vətəndaşları qəbul edəcək

Tramp: ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır
