Rusiyada “Lukoyl” məntəqələrində məhdudiyyət - Maksimum 30 litr benzin almaq olur
Rusiyanın Voloqda vilayətində yanacaq təchizatı məsələləri üzrə operativ qərargahın iclası keçirilib.
Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Georgi Filimonov məlumat verib.
Qubernator ölkənin bir neçə regionunda yanacaqla bağlı ajiotaj yaşandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, yanacaqdoldurma məntəqələrində növbələrə və spekulyasiya riskinə səbəb olur.
Filimonov Voloqdada yanacaq çatışmazlığının olmadığını, eləcə də vilayətə benzin və dizel yanacağı tədarükü ilə bağlı vəziyyətin nəzarət altında olduğunu söyləsə də, “Lukoyl” şirkətinin ölkə üzrə yanacaqdoldurma məntəqələrində bir sıra məhdudiyyətlər tətbiq etdiyini diqqətə çatdırıb.
Tətbiq olunan məhdudiyyətə əsasən, avtomobillər üçün maksimum 30 litr benzin və 60 litr dizel yanacağının satılmasına icazə verilir. Bidonlarla yanacaq satışı dayandırılıb. Trassların kənarında yerləşən yanacaqdoldurma məntəqələrində isə ayrıca limitlər tətbiq olunur: maksimum 30 litr benzin və 200 litr dizel.
Region qubernatoru sabit təchizatı təmin etmək və məhdudiyyətləri aradan qaldırmaq üçün əsas yanacaq təchizatçıları ilə əlaqə saxladığını açıqlayıb. O həmçinin region sakinlərinə nəqliyyat vasitələrinə lazım olduqda yanacaq doldurmağı, süni ajiotaj yaratmamağı və yalnız rəsmi məlumatlara etibar etməyi tövsiyə edib.
Digər Xəbərlər
23 Iyun 2026 19:20
Putin: Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazırdır
23 Iyun 2026 19:08
İranda üç günlük tətil elan ediləcək
23 Iyun 2026 18:43
Konqoda Ebola virusu tüğyan edir - Yoluxanların sayı 1000-i keçdi
23 Iyun 2026 17:56


Bakı -°C

