19 Iyul 2024 15:04
162
İQTİSADİYYAT

Rusiyadan Ermənistandan idxal olunan meyvə və tərəvəzə qadağa - Qisas?

Rusiya Ermənistandan idxal olunan meyvə və tərəvəzə qadağa qoyub.


Adalet.az xəbər verir ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbərliyi Ermənistana məktub göndərib ki, iyulun ortalarından etibarən Ermənistandan gətirilən meyvə və tərəvəzlərini qəbul etməyəcəklər. “Rosselxoznadzor” məktubda aprel-iyun aylarında idxal edilən meyvə və tərəvəzlərdə pestisidlərin miqdarının icazə veriləndən artıq olduğunu izah edir.

Rusiya tərəfinin bildirdiyinə görə, onlar bir ay əvvəl problemlə bağlı məlumat veriblər və xidməti araşdırma təyin etməyə, təhlükəli yüklərin tədarükünün qarşısını almaq üçün görülən işlər barədə məlumat verməyə çağırıblar.

Dünəndən internetdə müzakirə olunan Qida Təhlükəsizliyi Müfəttişliyinin bu məktubuna hələ də cavab verməyiblər. Onlar da “Azadlıq”ın suallarına cavab verməkdən imtina edirlər. Mediada yer alan məktubda qeyd olunur ki, onun aşkar edilmiş pozuntuları və şirkətlərin siyahısını əks etdirən 18 səhifəlik əlavə var.

Sosial şəbəkələrdə bu məsələ qızğın müzakirə olunur, Ermənistan-Rusiya münasibətlərinin korlanması nəticəsində Rusiyanın Ermənistanı cəzalandırdığı deyilir.

 Əntiqə Rəşid