adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Iyun 2023 09:41
397
DÜNYA

Rusiyanın nəzarətində olan bənd vuruldu - Yaşayış məntəqələri su altında qala bilər

Ukraynanın Xerson vilayətində Rusiyanın nəzarətində olan Nova Kaxovka bəndi vurulub. 

Adalet.az xəbər verir ki, bənd yaxınlığındakı evlərdən sakinlərin evakuasiyası başlanılıb və suyun səviyyəsinin 5 saatdan sonra kritik həddə çatacağı açıqlanıb. Rusiya hakimiyyətinin bəyanatında deyilir ki, “Zaporojye AES-də bəndin vurulmasıyla bağlı hələlik heç bir risk yoxdur”.

Ukrayna Silahlı Qüvvələri isə bəndin Rusiya qüvvələri tərəfindən vurulduğunu iddia edib.

Nova Kaxovkanın meri bəndin artilleriya mərmiləri ilə vurulduğunu açıqlayıb.  

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov açıqlamasında Ukrayna prezidenti Volodimir Zelenskinin Nova Kaxova bəndində baş verən partlayışla bağlı təcili iclas keçirmək qərarına gəldiyini bildirib.

Vasif Əlihüseyn