Yeni sistemin yaradılması nə vəd edir?
“Azərbaycan Prezidenti “Dövlət auditi” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb. Sənədə əsasən, Azərbaycanda yeni elektron sistem- “Dövlət auditi” informasiya sisteminin (DAİS) yaradılacaq. DAİS rəqəmsal texnologiyalardan istifadə yolu ilə maliyyə sənədlərinin və məlumatların elektron mübadiləsini nəzərdə tutur. Yeni sistemin yaradılmasında əsas məqsəd elektron kənar auditdən istifadə və dövlət vəsaitlərindən istifadə şəffaflığın daha da artırılmasıdır”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, beynəlxalq qurumların və xüsusən də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (İNTOSAİ) əsas tövsiyyələrindən biri də informasiya texnologiyası auditinin aparılmasıdır:
“Bir sıra maliyyə məlumatlarının elektronlaşmaması və inteqrasiya olunmaması Hesablama Palatası tərəfindən bu audit növündən istifadə edilməsinə imkan vermirdi. Halbuki, İNTOSAİ da peşəkar inkişafda ənənəvi hüquqi, iqtisadi və mühasibat bilikləri çərçivəsindən kənara çıxmanı və elektron məlumatların emalını birmənalı şəkildə qeyd edir”.
V.Bayramov yeni sistemin yaradılması nə vəd etdiyini belə izah edib:
“DAİS birmənalı şəkildə dövlət vəsaitlərindən daha səmərəli istifadəni hədəfləyir. Bu Azərbaycanda informasiya texnologiyası auditinin tətbiqinə imkan verəcək. 2025-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin (43 audit və 5 analtik fəaliyyət) 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Eynilə, büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin sayı 75 faizdir. Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bunun əsas səbəblərindən biri də inteqrasiya edilmiş elektron maliyyə sisteminin tam formalaşmamasıdır. Yeni sistemin yaradılması kənar maliyyə nəzarətini gücləndirəcək və bu da dövlət vəsaitlərindən istifadədə şəffaflığı artıracaq.Hesablama Palatasının rəyinə görə, Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 faizi ötüb. Bu isə dövlət vəsaitlərinin səmərəli istifadəsi və şəffaflıq baxımından mühüm məsələ kimi qiymətləndirilir. Bu dövlət satınalamlarının inteqrasiya edilmiş elektronlaşdırılmasını və süni intelektdən istifadəni daha da aktuallaşdırır.Yeni audit sisteminin formalaşması dövlət vəsaitlərinin istifadəsi səmərəliliyinin gücləndirilməsində yeni mərhələ kimi qiymətləndirilir. Bu daha şəffaf və hesabatlı dövlət maliyyə sisteminin yaradılması deməkdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Avqust 2026 10:58
“Kredit bazarına təcili olaraq dövlətin müdaxiləsi olmasa...”
15 Avqust 2026 09:53
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
14 Avqust 2026 10:08
Azərbaycan avro bahalaşdı - Rəsmi
13 Avqust 2026 17:20
Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyir? - RƏSMİ RƏQƏMLƏR
13 Avqust 2026 16:26
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərildi - YENİLƏNİB
13 Avqust 2026 09:21
Azərbaycan nefti ucuzlaşdı
12 Avqust 2026 10:36
“Son 5 ildə Naxçıvanda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 20 faiz artıb”
11 Avqust 2026 17:25


Bakı -°C

