adalet.az header logo
  • Bakı -°C

Sülhə doğru addım atıldı... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
78 | 2026-08-27 10:49
A- A+

 Növbəti razılaşma dayanıqlı olacaqmı?

 ABŞ və İran atəşin dayandırılması ilə bağlı razılıq əldə edib. Razılaşmanın əsas şərtlərindən biri Hörmüz boğazından sərbəst keçidə icazə verilməsi və Vaşinqtonun İrana yeni hücumlarının dayandırmasıdır.

 Hələ bir həftə öncə, İran -ABŞ danışıqlarının artıq dalana dirənməsi güman edilirdi. Hətta ABŞ prezidenti Donald Trampda bəyan etmişdi ki, Tehranla əlaqələr kəsilib və yeni danışıqların keçirilməsi planlaşdırılmır. 

 Lakin, münaqişə tərəfləri arasında bir başa danışıqlar dayandırılsa da, danışıqlar vasitəçilər tərəfindən davam etdirilirdi. Avqustun 24-də İrana gələn Pakistanın   ordu komandanı Asim Munir  və daxili işlər naziri Mohsün Nakvi, ABŞ prezidenti Donald Trampla telefon danışıqlarından sonra, İran rəhbərliyi ilə görüşüblər. 

 Bildirilir ki, Vaşinqton pakistanlı vasitəçilərə, Hörmüz boğazından maniəsiz keçidin təmin olunması qarşılığında, Tehrana qarşı sanksiyaların yumşaldılacağı və İranın himayə etdiyi regional qruplaşmalara qarşı hücumları dayandıracağını vəd edib.

 İran və Oman avqustun 25-də Hörmüz boğazında müvəqəti olaraq sərbəst keçidin açılması və birgə minaların təmizlənməsi prossesinə başlamaqla bağlı razılığa gəliblər. Omanın xarici işlər naziri bəyan edib ki, yaxın günlərdə boğazdan təhlükəsiz keçid təmin olunacaq.

 Beləliklə, ABŞ -dən gələn məlumatlara görə,  Vaşinqton irimiqyaslı hərbi əməliyyatlar keçirməyi planlaşdırmır. Axisos-un məlumatına görə, dövlət katibi Marko Rubio tərəfdaşlarına bildirib ki, "ABŞ hazırda İrana yeni zərbələr endirməyi planlaşdlrmır".  

 Mətbu orqan yazır ki,  bu vəziyyət ən azı noyabr ayında ABŞ-da keçiriləcək ara seçkilərinədək davam edəcək. Sonra isə, yeni hərbi kampaniyanın başlana biləcəyi istisna olunmur.

 Təbii ki, sülh danışıqlarının uğurla davam etdirilməsi həm İran, həm  ABŞ, həm də qonşu dövlətlər üçün sərfəli qərar ola bilər. 

Aydındır ki, müharibə həm də külli miqdarda vəsait tələb edir. Pentaqinun rəhbəri Pit Xersetin bildirdiyinə görə, bu günədək İranla müharibəyə 37.5 milyard dollar sərf olunub. Reuters agdtliyi isə, qeyd edir ki, amerikan hərbiçiləri artıq uzaqməsafəli ATACMS və PrSM raketlərinin bütün ehtiyatlarını istifadə edib qurtarıb. 

The Washington Post qəzetinin fikirincə Donald Tramp bütün cəhdlərinə baxmayaraq, Tehranı diz çökdürə bilmədi və seçicilərinə aparılan hərbi əməliyyatların uğurları barədə qətiyyətli  nəticə əldə olunduğunu sübutlarla  ortaya qoymadı.

 İran üçün də, müharibənin davam etdirilməsi ciddi çətinliklər yaradır. İran iqtisadiyyatı onsuzda müharibədən əvvəldə dərin böhran yaşayırdı, vəziyyət indi daha da dərinləşib.

Bütün bulara baxmayaraq, ekspertlər də razılaşırlar ki, münaqişə tərəfləri sülh razılaşmasının saxlanılmasına   çox çalışsalar da, bunu qorumaq çox çətin olacaq. Atəşin dayandırılması hər iki tərəfə sərf edir, lakin vəziyyətin siyasi cəhətdən tənzimlənməsi çox çətin olacaq...

 

  • Iyul:
  • 31

TƏQVİM / ARXİV