“Paşinyan tələsməli, Azərbaycan və Türkiyə ilə sülh quruculuğunu tamamlamalıdır”
“Rusiya Prezidenti Vladimir Putin Ermənistanda həbsdə olan əziz dostu Robert Köçəryanı anadan olması münasibətilə təbrik etdikdən bir gün sonra eks-prezidentin ermənilərə məktubu yayımlanıb. Köçəryan məktubda “Paşinyan hakimiyyətinin sona çatdırılması vacibdir” cümləsini işlətməklə xalqı seçkilərdə qələbə çalan baş nazirə qarşı faktiki üsyana çağırıb. Köçəryan anlayır ki, böyük korrupsiya itthamlarıyla bağlı üzləşdiyi ittihamlara görə həyatının sonuna qədər həbsxanadan çıxmaya bilər. Ona görə də o üsyan çağırışlarına üstünlük verib. Yəqin Putinin ad günü təbriki də Köçəryanı “həvəsləndirib””.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, Nikol Paşinyan Putinin Köçəryana davamlı təbrik məktublarından çəkinsəydi, eks-prezidenti həbsə yollamazdı:
“Putin hələ aylar öncə medianın gözü önündə Paşinyanı bu sözlərlə xəbərdar etmişdi: “Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələrə təzyiqdən imtina et!”. Paşinyan doğru olaraq bu çağırışı da qulaqardına vuraraq Kremlin dəstək verdiyi liderlərin tamamını həbsxanaya göndərdi. Yəni Paşinyan Putinin hədələrindən çəkinmir. Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarına qoyduğu qadağalar da işə yaramadı. Radikallar həbsdə olduğundan Kremlin Ermənistanda xaos yaradacaq yeganə alternativi erməni ordusundakı casus zabitləridir. Bəlkə onlar Kremlin əmri ilə Paşinyanı devirmək istəyələr. Ancaq Vaşinqton və Brüssel bu ehtimalı da nəzərə alaraq Rusiyanın Ermənistanla bağlı kəşfiyyat planlarının Paşinyanla bölüşürlər. Nikol Paşinyan tələsməli, Azərbaycan və Türkiyə ilə sülh quruculuğunu tamamlamalıdır. Rusiyanın təzyiqlərini tam neytrallaşdıracaq amil bölgədə sülhün bərpası və regional əməkdaşlığın genişləndirilməsidir. Bişkəkdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş və müzakirələr sülh sazişinin imzalanacağı günü yaxınlaşdırmalıdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 Sentyabr 2026 11:01
Baş diplomat Əraqçi ilə görüşdü
01 Sentyabr 2026 10:57
Prezident “Irıs Ordo” Konqres Mərkəzinə getdi - VİDEO
01 Sentyabr 2026 10:37
XİN: Azərbaycan strateji müttəfiq kimi Özbəkistanla tərəfdaşlığa böyük dəyər verir
01 Sentyabr 2026 10:13
İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNİB + FOTOLAR
01 Sentyabr 2026 10:05
“Uğurlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir”
01 Sentyabr 2026 09:46
“O, indi güclü türk dünyasının eşqi ilə axtarışa çıxıb...”
01 Sentyabr 2026 09:18
Hikmət Hacıyev Simonyanla görüşdü
01 Sentyabr 2026 08:42


Bakı -°C

