Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı nə qədər önəmlidir?
“Cənab Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğızıstana işgüzar səfəri bu təşkilatın Azərbaycan üçün əhəmiyyətini bir daha gündəmə gətirir. ŞƏT-in miqyasına baxanda bu platformanın Azərbaycan üçün əhəmiyyəti daha aydın görünür. Təşkilatın 10 üzvü var. Çin, Rusiya, Hindistan, Pakistan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Belarus. Bu ölkələrdə ümumilikdə 3,4 milyarddan çox insan yaşayır. ŞƏT məkanı təxminən 36 milyon kvadratkilometr ərazini, dünya ÜDM-inin təxminən 25%-ni və beynəlxalq ticarətin 15%-dən çoxunu əhatə edir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, Azərbaycanın hazırda ŞƏT-də dialoq tərəfdaşı statusunda olduğunu bildirib:
“Amma iqtisadi əlaqələrə baxdıqda təşkilata üzv ölkələrin Azərbaycan üçün çəkisi artıq kifayət qədər böyükdür. 2025-ci ildə Azərbaycanın xarici ticarətinin 10%-i Rusiya, 9,9%-i Çin, 1,6%-i Özbəkistan, 1,4%-i Qazaxıstan, 1,3%-i İran, 0,9%-i Belarus və 0,8%-i Hindistanın payına düşüb. Təkcə bu ölkələrin payını topladıqda 25,9% alınır. Pakistan, Qırğızıstan və Tacikistanı da nəzərə alsaq, ŞƏT ölkələrinin Azərbaycanın xarici ticarətində faktiki payı bundan bir qədər də yüksəkdir.Amma Azərbaycanın ŞƏT üçün əhəmiyyəti yalnız ticarətlə məhdudlaşmır. Azərbaycan təşkilatın əsas iqtisadi mərkəzləri olan Çin və Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat marşrutunun üzərində yerləşir. Bu baxımdan Orta Dəhlizin inkişafı Azərbaycanın ŞƏT məkanındakı iqtisadi rolunu daha da artıra bilər. Əlqərəz, dünyanın hər 4 dollar ÜDM-indən təxminən birinin formalaşdığı, 3,4 milyarddan çox insanın yaşadığı belə böyük iqtisadi məkanla münasibətlərin genişlənməsi Azərbaycan üçün həm siyasi, həm də ticarət, investisiya, tranzit və logistika baxımından böyük iqtisadi imkan deməkdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
17 Sentyabr 2026 11:55
2026-cı ilin ilk 6 ayında Azərbaycanın tədiyə balansında nələr dəyişib?
17 Sentyabr 2026 09:44


Bakı -°C

