Sabah Cəlilabadda 3 min abonentin qazı kəsiləcək

Sabah Cəlilabad rayonunda 3 min abonentin qazla təchizatında fasilə yaranacaq.
Adalet.az xəbər verir ki, fasilə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olacaq.
Bununla əlaqədar Cəlilabadın rayon mərkəzində qaz tənzimləyici məntəqəsindən qidalanan H.Əliyev prospekti, A. Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, F. Əhmədov, M. F. Axundov, Sabir, Babək, S. Axundov, Ş. Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələrini əhatə edən ümumilikdə 3 min abonentin qaz təchizatı sentyabrın 26-da saat 10:00-dan işlər yekunlaşana qədər müvəqqəti dayandırılacaq.
Digər Xəbərlər

Qusarda təbii fəlakət baş verib

Masazırda hərbi sursatlar aşkar edilib

İmişlidə toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı - YENİLƏNİB
