adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Yanvar 2018 12:48
157221
RUBRİKA

Sabiri yuxumda gördüm... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hərgün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur.Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içindətez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əlicibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar,sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizisarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çölboyu yüyürənatlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxulargöstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhurpsixoanalitik Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəkiqonağı yazar Ayxan Ayvazdır. Adalet.az müsahibəni təqdim edir.


- Froyda görə, yuxu mənasız bir şeydeyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

- Yuxu reallığın fiksiyasıdır.Realda gördüyümüz dünyanın dumanlı formasıdır. Sistemli deyil, dağınıqdır. Filmkimi götürsək, montajsızdır. Tərifi teatr üzərindən qursaq belə deyə bilərik:"Yuxu karnavalı xatırladan tamaşadır”. Ədəbiyyata gəldikdə... Yuxu qafiyəsizşeir, qurğusuz nəsrdir. Yuxu hüdudsuz, sərhədsiz, pasportsuz, biletsiz bir ərazidir.Hər insanın öz arzuları və xəyalları ilə silahlanmış cəbhə bölgəsidir. Bizyuxularda özümüzü aldatmaqla məşğuluq. Mənə elə gəlir ki, bəzən çox yatmaq vəyuxu görməyi sevmək real həyatda bədbəxtliyimizin təsdiqidir. Yuxu Tanrınıninsanlara əzablar qarşılığında bəxş etdiyi hədiyyədir.


- Yuxularınız həyatınıza necə təsirgöstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Mənim yuxularımın özü planlıdır.Daha doğrusu, qurğusaldır. Bir az oyun kimidir. Mən yuxuya gedəndə gözümünqabağında variantlar gəlir. Eynən sosial şəbəkədəki dostluq təklifləri kimi.Bir neçə adam gözümün qabağında sıralanır. Təbii, bu altşüurumun toz-dumandançıxdığı andır. Mən yuxuya giriş etməzdən öncə adamları seçirəm. Sonra süjetiseçirəm. Yuxularımın Tanrısı özüm oluram yəni. Mən idarə edirəm. Bəzən bunainanmırlar, gülüb keçirlər. Amma dəqiqdi. Mən eynən kamera arxasındakı rejissorkimi səhnədəki aktyorlarla işləyirəm. Yuxumdakı adama deyirəm ki, bax, sən busözü de. Ondan filan şeyi soruş. İstədiyim adamı yuxumda görə bilərəm. Fərq etməz.Sadəcə o adam mənim beynimin içində bircə dəfə gəzişmiş olsun. Vəssalam. Qalanıhazırdı. Yuxunu başladıram və özüm də oturub seyr edirəm. Öz yuxumun həmrejissoru, həm də tamaşaçısıyam. Düşünürəm ki, intellektual adamların hamısındabelədir (gülür).


- Yuxudan sonraonun yozumları haqda baş sındırırsız?

- Bu yuxu mənimyaradıcılığımdırsa, onun yozumları haqqında da baş sındırmıram. Bir yazıçı əsəriyazandan sonra orda nə demək istədiyi haqqında düşünmür. Mən yuxumu idarə edirəmsə,deməli, yozumlar bir o qədər də önəmli deyil. Hər şey ovcumun içindədir. Mənimnəyimə lazımdı yozum? Bir halda ki bu oyunun qurucusu mənəm, yozumunu nə edim?Sadəcə yuxularımı dostlarla paylaşmaqdan zövq alıram. Onlar da, sağ olsun, hərdəfə mənimlə məzələnirlər. Yuxularım ironik, yumoristik, postmodernist olduğuüçün onların yozumları da mənim üçün önəmsiz olur. Çalışdığım qədər yuxumu sadəqururam. Heç vaxt dərinliyə baş vurmuram. Hərdən yuxumun içinə çağrılmamışqonaq kimi dürtülənlər də olur. Onlara da yuxumun digər iştirakçıları vasitəsiilə təpinirəm, hər şey qaydasına düşür.


- Yuxuların mistik hadisə olduğunainanırsınızmı?

- Əvvəlcəsizə bir maraqlı şey deyim. Mən dünyaya gəlmədən öncə iki yuxu görülüb. Biri atamın, o biri anamın yuxusudur. Atamın yuxusu pozitivdi. İndi xatırlamıram. Daha doğrusu,özü də xatırlaya bilmirdi. Amma əminəm ki, yuxu ona təbəssüm gətirmişdi.Yuxusunu Orxan Fikrətoğluya da danışır. Orxan Fikrətoğlu həmin məqamda namazınıtəzəcə yekunlaşdırıbmış. Deyir ki, oğlun olacaq, adını Ayxan qoyarsan. Vəatamın danışdığına görə qəribə bir fikir də əlavə edib: "Dindar olacaq.İlahiyyatçı” Yəqin məni Elşad Miri ilə qarışdırıb. Burası təbii ki, zarafatdı.Mən bunu evdəkilərə danışdım inanmadılar. Orxan bəyə hadisəni danışanda yadınadüşdü, gülümsəyərək "mən öncəgörənəm” dedi. Hər nə isə. Atam yuxunun gətirdiyipozitiv enerji ilə gedir evə və anama da danışır bu yuxunu. Sən demə, anamartıq hamiləymiş və bunu atamdan gizlədirmiş. Eyni gecə o da yuxu görüb. Buyuxu isə çox qaramat, bədbin bir yuxuymuş. Atam öyrənəndə ki, hamilədi,sevinir. Amma anam məni dünyaya gətirmək istəməyib. Yuxunun bərk təsirinədüşüb. Dava-qırğın, anamın öz dədəsi evinə getməyi, abort masasına əyləşməyi vəs. Ərinin qorxusundan uşağı aldırmaq istəməyib və nəhayət mən dünyaya gəlməkbiletini əldə etmişəm. Yəni məndən əvvəl yuxu gəlib dünyaya. Mən o yuxularınarasında dünyaya gəlmişəm. Dünyaya gəlməyim də böyük bir hadisə olub e.(gülür)

Mənə yuxularım aydındı. Sahibi mənəm.Amma hərdən süjet mən istəmədiyim axarla davam edir. Bax o zaman mistikanınolduğuna adım kimi əmin oluram. Bəzi hekayələrimi məhz yuxuda yazmışam. Eləhadisələr olub ki, onu əvvəlcə yuxuda görmüşəm. Məsələn, atamın ölümünü. Mən dəqiqbilirəm ki, o ölümü yuxuda görmüşəm. Sadəcə o yuxu çox qarışıq idi. Yas, qarapaltarlı adamlar... Kimin adını çəkirdilər bilmirəm. Başıma gələn fəlakətləriyuxuda özümdən asılı olmadan görmüşəm. Gücüm çatmayıb ona. Yəqin Borxesindediyi kimi, biz Tanrının gördüyü yuxuyuq. O da bəzən bu yuxuya müdaxilə edəbilmir. Mən o yuxuda "ölüm” sözünü pozmaq üçün nələr verməzdim. Amma təəssüf.Yuxularımda faciələrin qarşısını ala bilməyəcək qədər acizəm.


- Gördüyünüzyuxular çin olurmu, ya da əksinə?

- O qədər absurd,qeyri-adi, irrosional yuxular görürəm ki, çətin onlar çin olsunlar. Məsələn,yuxumda görürəm (daha doğrusu, özüm qururam) Orxan Pamukla İstanbuldagörüşürük, mənə deyir ki, kitablarını ingiliscəyə tərcümə elətdir. Mən də ikisaniyənin içində dediyini yerinə yetirirəm. Kitablarım dünyanın hər yerinəyayılır, böyük səs-küy yaranır. Məşhurlaşıram. Saytlar yalvarır ki, müsahibəver. Hətta pul təklif eləyən də olur. Yuxumu elə gözəl qurmuşam ki, ayılmaq daistəmirəm. Amma qəfil kimsə silkələyir. Ayılıb görürəm, bacımdı. Və təzədən hərşey öz yerinə qayıdır. Durub işə gedirəm və o yuxunu düşünə-düşünə bir xeylikef eləyirəm. Bir azdan isə dərin depressiyaya düşürəm. Arzularım bəlkə də mənəbelə böyük görünür. Əslində çox miskin arzularım var. Yuxumda boş avtobusda işəgetdiyimi görmüşəm. Yəni belə arzularım da olur. Və təəssüf ki, çin çıxmır. Sadəcəəlim yuxunun rulundan çəkiləndə və başqa birisi yerimə keçəndə artıq yuxularımçin olur. O yuxular da görmək istəmədiyim yuxulardı. Məni bədbəxt edən yuxulardı.Dəhşətli yaşantılardı. O yuxuları xatırlamaq belə istəmirəm. Çünki o yuxulardanqorxuram. Yaşadıqlarımın hamısı onsuz da mənə yuxu kimi gəlir. Və o yuxudanayılmaq üçün çox içmişəm.


- Həyatınızda gördüyünüz ən yaddaqalan yuxu və ən gözəl yuxu hansılardır?

- Ən gözəl yuxumu danışım. Deməli,Nobel mükafatının təqdimetmə mərasimidir. Realda bilmirəm necədir. Amma bu mənimyuxumdu. Dediyim kimi, reallığın fiksiyasıdır. Mənə Nobel verirlər və hər kəs rəqsəçıxır. Hamının tərəf müqabili var, mənimki isə yoxdur. Key-key ortalıqdadolaşıram. "Babıçka”lı adamların yanından keçib gedirəm. Və qəribədi, boşdaqalan bircə qadın da yoxdu. Elə təəssüflənirəm ki... Bu dəm qolumdan kimsətutur. Kim olsa yaxşıdır? Elif Şafak. Gülümsəyə-gülümsəyə məni zalın ortasına gətirirvə biz rəqs edirik. Bu gördüyüm ən gözəl yuxu idi. Bir yuxumu da xatırlayıram,çox əyləncəli gəlmişdi mənə. Gənc yazıçının körpələrlə görüşü idi. Mən də gəncyazıçı kimi dəvət olunmuşdum. Beşikdəki körpələr mənə suallar da verirdi. Necəmaraqlı suallar idi, bir eşitsəydiniz. Mən də ciddi-ciddi cavab verirəm. Beləqeyri-adi yuxuların müəllifiyəm.


- Bəzi adamlaryuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onubildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Mənim yuxularımınrəngi bozdur. Sadəcə adamları rəngli görürəm. Bozluğun içinə rəng qatıram. Özümbəzən fonu dəyişə bilirəm. Başqa rəngləri yerləşdirirəm ora. Həyatıma qata bilmədiyimrəngləri yuxularımda eninə-boluna istifadə edirəm.


- Hansı doğmanızıdaha çox yuxuda görürsünüz?

- Mən onlarıyuxumun xaricində tuturam. Qapıdan kənarda qoyuram. İstəmirəm, görmək. Məsələn,Mövludu heç vaxt istəməzdim. Özü də o yuxuma gəlmək istəyəndə yanında hündürmərtəbəlibina da gətirir. Dərhal yuxumda o səhnəni kəsib tullayıram. Mən doğmalarımın ölümünüqəbul etmirəm. Bəlkə də Allaha məhz buna görə acıqlıyam. Heç olmasa yuxumda məniincitməməsi üçün əlimdən gələni edirəm. Mən onları həyatda görürəm. Başqaadamların içində. Avtobusda, küçədə, yazıda və s. Bu da mənə bəs edir. Çünkionların yaşadıqlarına adım kimi əminəm. Sadəcə uzaqlara gediblər. Haçansaqayıdacaqlar.


- Dahi yazıçılardan, rəssamlardan,filosoflardan kimləri yuxunuzda görmüsünüz?

- Sevdiyim yazıçıları, aktyorları,rejissorları həmişə görürəm. Daha doğrusu, onları yuxuma dəvət edirəm. Sağolsunlar, onlar da məni qırmır. Son vaxtlar bu ilin Nobel mükafatçısı Kazuoİşiquro yuxularımın daimi qonağına çevrilib. Gah Bakıya gəlir, gah mən Britaniyaya.Özü də qəribədir. İşiquro ilə heç vaxt ədəbiyyat söhbəti etmirik. Mən deyirəm,yapon, çin, koreya qızlarını ayırd edə bilmirəm, o da başlayır izah etməyə. Hərdənözü də qarışdırır. Məndən bizim yazarları soruşur. Deyir, nə edirsiniz. Mən dədanışıram ki, bir kafemiz var, hərdən orda gedib 1 manata çay içib boş-boş söhbətləredirik.

Sonuncu dəfə Sabiri gördüm yuxumda.Dəvət elədim, oturub bir çay içdik. Mənə dedi ki, görürsən, bu xalqı? Dedim, hə.Mən də onu demək istəyirdim elə dedi gülümsəyərək. Sən kefini pozma, nədediyini başa düşürəm, amma bu adamlarla çətindi. Mən də dedim, axı sevirəmhamını. Əlini çiynimə qoydu. Sonra şeir də oxudu deyəsən. Mənimlə məzələnən birşeir də qoşubmuş. Bədahətən dedi və çıxıb getdi.


- Sizə görə yuxularımız həqiqətəçatdırır bizi?

- Mən yuxuda sadəcə dincəlirəm. Həqiqət axtarışındadeyiləm.