"Sadəcə audit yoxlamaları ilə büdcənin şəffaflığına nail ola bilmərik" - Komitə sədri

"Hesabatdan göründü ki, Hesablama Palatası təcrid olunmuş fəaliyyət göstərmir. Bütün qurumlarla əlaqəli şəkildə əməkdaşlıq edilir. Xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, bir müddətdən sonra büdcənin icrası ilə bağlı hesabatı dinləyəcəyik. Bir ay bundan əvvəl hökumətin hesabatını dinlədik".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ın müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, bu hesabatların hamısı bir-biri ilə əlaqəli və bağlıdır: "Hesab edirik ki, təqdim olunmuş hesabat bizə imkan verir ki, gələcəkdə büdcə qanunvericiliyini təkmilləşdirək. Sadəcə audit yoxlamaları ilə büdcənin səmərəliliyinə, şəffaflığına nail ola bilmərik".
Digər Xəbərlər

Marketlər bizi niyə aldadır?!

Türkiyə Suriyaya qaz nəql edəcək

Yasamalda küçə ticarətinə göz yumurlar...

Daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

"Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb" - Deputat

4 ayda vətəndaşlara 56 milyon manata yaxın ƏDV geri qaytarılıb

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi- FOTOLAR
