25 Sentyabr 2025 10:36
196
MƏDƏNİYYƏT

“Şah ölüm” filmi Park Cinema-da 14 gün nümayiş olundu

“Şah ölüm” filmi Park Cinema-da 14 gün nümayiş olundu

Yenises.az  xəbər  verir  ki,bu  gün ölkəmizin müstəqil film yaradıcılığı sahəsində diqqətçəkən uğur əldə olunub.  Həmin uğura   ZVS – Zəka Vilayətoğlu Studiyası     imza atıb.  Yəni  ZVS-nın istehsalı olan “Şah ölüm” filmi Park Cinema şəbəkəsinin repertuarında 14 gün ardıcıl olaraq nümayiş etdirilib.

Böyük  tamaşaçı  marağını özünə  çəkən  və  paralel olarak   bir neçə   ünvanda  yayımlanan  filim barəsində   müsbət  rəylər də  artıq  içtimailəşibdi.Qeyd edək ki, müstəqil filmlərin kinoteatr repertuarında uzun müddət saxlanılması çox nadir hallarda baş verir.

Məhz  bu  pirizmadan  baxanda aydın bir  şəkildə  görünür ki,  bu  filmin   iki  həftə   boyunca  tamaşaçılarla görüşməsi həm Park Cinema-nın etimadının, həm də tamaşaçı marağının göstəricisidir.Xatırlatmaq  yerinə  düşər ki, “Şah ölüm” filmi tarixi, bədii-sənədli üslubda çəkilib . Bu  filim daha  çox  həyat  reallığına söykənərək  1918–1920-ci  və  1929-1930-cu illərdə gədəbəyli əsilzadə Məcid ağa Şəkibəyov və silahdaşlarının düşmənlərə qarşı qəhrəmanlıq mübarizəsini  özündə əks etdirir.

Artıq  birmənalı  olaraq  tamaşaçı  sevgisi  qazanmış  filmin müəllifi və baş rol ifaçısı  tanınmış yazıçı, şair, bəstəkar.və  müğənni  Zəka Vilayətoğlu  bu ekran əsərində özünü aktyor  kimi də  sınaqdan  çox  ustalıqla  keçirə  bildi., "Şah ölüm"-lə  bağlı  yenises.az-a  danışan  Zəka  Vilayətoğlu  bildirdi ki, o,  bu nailiyyəti Azərbaycan müstəqil kinosunun inkişafı üçün önəmli addım hesab edir.