SATILAN KİTABLARIN PULU BİR AVİABİLET ELƏMİR

Qəzetələrdə və saytlarda oxuyuram ki, Bakıda keçirilən kitab sərgilərinə niyə xarici ölkələrdən bir məşhur yazıçı dəvət olunmur? Həm İçərişəhərdəki, həm də Akademiya parkındakı sərgiləri bir neçə saat gəzmişəm və təbii ki, kitablar da almışam. Hələ təsadüfən yoldan keçən bir ağcabədili dostumu da çəkib salmışam sərgiyə, məcbur eləmişəm ki, rayona qayıdanda təkcə uşaqlarına şirniyyat alıb aparma, kitab da al apar və xeyli kitab aldırmışam.
Və müşahidələrimdə görmüşəm ki, naşirlərin bütün sərgi boyu satdıqları kitabların pulu nəinki Avropadan, eləcə bir addımlıqdakı qardaş Türkiyədən dəvət edəcəkləri məşhur bir yazıçının təyyarə bileti eləmir.
İndi bildiz niyə kitab sərgilərimizə xaricdən qonaq çağırmırıq?
Digər Xəbərlər

“Ağrısız dünya” günü

Cismlər sözlərdə donanda…- Əntiqə Kərimzadə yazır

Sözün zirvəsinə boy verən şair…

Məmməd Araz: "Ayağa dur Azərbaycan" - VİDEO

M. Şəhriyar və M. Araz poeziyasında milli dəyərlərin təbliği - Esmira İsmayılova yazır

Şəfəq Vilayətqızının ŞEİRLƏRİ

“Əli Səmid Kür də istedadının qədrini bilsəydi, canına yazığı gəlsəydi...”
