adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 May 2023 11:55
2818
LAYİHƏ

Şəhidlər Lənkəranda anıldı: “Vətən sizə övlad dedi”layihəsinin təqdimatı

"Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlartına Dövlət Dəstəyi Agentliyinin 2022-cü ildə elan etdiyi qrand müsabiqəsində layihəsi qalib olmuş Həqiqət Tarixi Araşdırmalar İçtimai birliyinin “Vətən sizə övlad dedi” layihəsinin bütün tədbirləri keçirildi".

Bu sözləri  Adalet.az -a "Tərəqqi" medalı təltifçisi, Qarabağ Şəhidi Veteran Qadınlar Təşkilatının rəhbəri, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi sədri Radə Abbas bildirib: "Layihə sona çatmaq üzrədir. Layihəmiz tariximizin qəhraman övladlarının tanıdılması, adlarının əbədiləşdirilməsi üçün iki müharibə veteranı qadının şəhid oğlu ilə bağlı “Ana laylasıyla çağırdı Vətən” adlı film çəkmişik. Fimin qəhramanları Gəncə şəhərindən olan Nailə Ələkbərli, şəhid oğlu Rəşad Ələkbərli, müharibə veteranı Sevil Hüseynova, şəhid oğlu Zaur İsmayılzadədir.


Xatırlatma


Şəhid Rəşad Ələkbərov  1997-ci il sentyabrın 15-də, Azərbaycan tarixi üçün çox önəmli olan tarixi bir gündə Azərbaycan Xalq Cumhuriyyətinin birinci paytaxtı Gəncə şəhərində anadan olub. Gəncə şəhəri 44 saylı orta məktəbi bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə gedib, Ağcəbədidə hərbi xidmətə başlayıb və Füzulidə hərbi qulluğunu başa vurub.
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib .Şuşa-Laçın istiqamətində davam edən döyüşlərdə şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib.
Anası Nailə Ələkbərova Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır.
Rəşad Ələkbərov ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə" , "Cəsur döyüşçü" , "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Zaur İsmayılzadə 1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur. 2001-2012-ci illərdə Şəhid Vüqar Məmmədov adına Cəlilabad rayon Göytəpə şəhər tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra müxtəlif MMC-lərdə mühafizəçi kimi fəaliyyət göstərmişdir. Subay idi.
Zaur İsmayılzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2015-2017-cı illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında "gizir" rütbəsi ilə xidmətini davam edib.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Zaur İsmayılzadə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında hərbi qulluqçu olaraq savaşıb.
Zaur İsmayılzadə döyüş gedişatında ağır yaralanır və səhhətində problemlər yarandığı üçün 2017-ci ildə ordudan tərxis olunur.
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayır və Azərbaycanda səfərbərlik elan edilir. Beləliklə, Zaur İsmayılzadə səfərbər olunur və ordu sıralarında qaytıdır. Zaur İsmayılzadə oktyabrın 7-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olur. Lənkəran rayonunda dəfn olunur. Nur üzlü şəhidimiz ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı , "Füzulinin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.


“Vətən sizə övlad dedi”


“Vətən sizə övlad dedi” adlı layihənin icrası məqsədi ilə çəkilmiş “Ana laylasıyla çağırdı Vətən” filminin təqdimat tədbiri 28 aprel 2023- cü il tarixinində Lənkəran şəhər Tibb Kollecində saat 12-00 da təqdimat tədbiri keçirildi. Tədbirdə ilk olaraq Azərbaycanın Dövlər Himni səsləndikdən sonra Kollecin müəllimi Solmaz xanım Babayeva tədbirdəkiləri şəhidlərin ruhuna ehtiram olaraq sayqı duruşuna dəvət etdi.
Tədbiri Kollec Direktorunun müavini Solmaz xanım Babayeva açaraq qonaqları təqdim etdi, Layihə və film haqda qısa məlumat verdi. Sonra layihə rəhbəri Elnarə Abbasova film haqqında danışdı.
Layihə rəhbəri filmin qəhramanları və layihə haqda məlumat verdikdən sonra tədbir iştirakçılarını filmə baxmağa dəvət etdi. “Ana laylasıyla çağırdı Vətən” adlı film nümayiş edildikdən sonra şəhidlərimiz Zaur İsmayılzadənin, Rəşad Ələkbərlinin qazi anaları film haqqında öz fikirlərini bildirdilər. Tədbirdə itirak edən və Lənkəran rayonundan olan digər şəhidlərimizin anaları şəhidlərə dəyər verdiyi üçün həm layihə rəhbərinə, həm də qonaqlara təşəkkür etdilər. Digər natiqlər: Əməkdar incəsənət xadimi, professor, MVQSYİB-nin elm təhsil məsələləri üzrə sədr müavini Elmira Abbasova, Lənkərandan olan şəhid anası Nəzakər xanım və Sara xanım, şəhid qardaşı, qazi Mehman Rzayev, şəhidlərimizin yaddaşlarda əbədi yaşaması üçün əlindən gələn zəhməti əsirgəməyən layihə icraçılarına və tədbir təşkilatçılarına gələcəkdə yeni uğurlu layihələr həyata keçirməyi arzuladılar.

Kollecin müəllimi Solmaz xanım Lənkəran Tibb Kollecində tez tez tədbirlərin keçirildiyini, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə xüsusi diqqət ayrıldığını bildirdi. Solmaz xanım Kollecdə bu günə qədər belə yüksək səviyyəli tədbir keçirilmədiyini qeyd edərək layihənin icraçılarına təşəkkür etdi. Tədbir iştirakçılarına filmə aid disklər paylanıldı.

Saytımıza məlumat verən E. Abbasova onu da vurğuladı ki, Lənkərandan olan şəhid anaları tədbirdən sonra öz problemlərinidən də söhbət açıblar.

Tədbirdən sonra şəhid Zaur İsmayılzadənin İsti su qəsəbəsindəki məzarı ziyarət edilib.


Tədbirdən olan fotoları təqdim edirik: