Səhiyyə Nazirliyindən vaksinasiya ilə bağlı ÇAĞIRIŞ
Qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir.
Adalet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin qrip əleyhinə vaksinasiya ilə bağlı müraciətində deyilib.
Bildirilib ki, bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Səhiyyə Nazirliyinin müvafiq Əmrinə əsasən 10 sentyabr 2024-cü il tarixindən vaksinasiyaya başlanılır.
Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.
Həmçinin cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən Azərbaycana çoxsaylı qonaqların səfəri gözlənilir.
Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi sözügedən əhali qrupları ilə yanaşı COP29-la bağlı tədbirlərə cəlb olunan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Digər Xəbərlər
24 Aprel 2026 08:31
Xəstənin üzərində nalayiq hərəkətlər edən "həkim" yenidən əməliyyatlara girir - VİDEO
23 Aprel 2026 11:02
Qaraçuxurdakı imtiyazlı aptek xəstələrin dərmanını vermir...
21 Aprel 2026 10:13
Peyvənd olunmamış uşaq daim risk altındadır - SN-dən valideynlərə MÜRACİƏT
21 Aprel 2026 10:13
Kollektiv immuniteti qorumaq üçün İmmunizasiya həftəsinə qoşulmaq vacibdir
20 Aprel 2026 17:19
Alzheimer xəstəliyinə ümumi baxış: ilkin əlamətlər və müalicə imkanları
20 Aprel 2026 15:00
Daha bir saxta həkim qalmaqalı - Katibə cərrahlıq edir? - VİDEO
20 Aprel 2026 10:01
Bu meyvə xərçəngə qarşı gizli silah imiş...
18 Aprel 2026 17:43


Bakı -°C

