Şəlalə Camal: Kəlbəcər

Başımı götürüm kaş elə gedəm,
Ürəyim olubdu bil, didəm - didəm.
Ha özümə istəyirəm yer edəm,
Yerim yoxdu Kəlbəcərdən savayı.
Ahu - fəğan, fəryad içindəyəm mən,
Doğmam ölüb, bil yad içindəyəm mən.
Ay dinsizlər, imdad içindəyəm mən,
Dirim yoxdu Kəlbəcərdən savayı.
İstəyirəm arada bir sevinəm,
Ay insafsız, ailən oldum, evinəm.
Qəlbi ağlar - ağlar qaldım, gözü nəm,
Ərim yoxdu Kəlbəcərdən savayı.
Gəlib görsən bir sümüyəm, bir ətəm,
Elə bil ki, mən nökərəm sən hatəm.
Qorxaqlardı, yaltaqlardı əhatəm,
Nərim yoxdu Kəlbəcərdən savayı.
Murovun havasın çəkirəm hərdən,
Gözümdə canlanır o yerlər birdən.
Bu günədək qalmadım bir xeyirdən,
Şərim yoxdu Kəlbəcərdən savayı.
İndiyədək bu dünyada pərim yox,
İşləmədim, alnımda bir tərim yox.
Nə haldayam? Bəzəyim yox, bərim yox,
Zərim yoxdu Kəlbəcərdən savayı.
Ha gözlədim hey illəri və ayı,
Sazıma köklənib dedim avayı.
Mən illərdir dərd yemişəm havayı,
Fərim yoxdu Kəlbəcərdən savayı.
Digər Xəbərlər
27 Oktyabr 2025 08:44 Zəka Vilayətoğlu – Yaradıcılığın Yeni Zirvəsində
25 Oktyabr 2025 13:42 Sərhat Kabaklı imzası, şeirləri və şeirlərin pozitiv aurası
24 Oktyabr 2025 10:13 "Kremlin hazırladığı kompleks plan üzrə hərəkət artıq başlayıb"
23 Oktyabr 2025 10:10 

Bakı -°C 










