19 Avqust 2024 15:37
104
ƏDƏBİYYAT

“Şərnişin qarışqalar”-dan yazdı Əbülfət Mədətoğlu

Övladlarımız,  nəvələrimiz üçün gözəl hədiyyə olan bu kitabın müəllifi  , imzası oxuculara kifayət qədər tanış olan Əlləsgər Əlioğludur.. Kitabın ön sözündə tanınmış nasir, şair Qəşəm İsabəyli vurğulayır ki, Goranboy rayonunun Xanqərvənd kəndində yazıb- yaradan Ələsgər Əlioğlu yaradıcılığının böyük bir hissəsini uşaqlara həsr edib. Onun uşaq dünyasına bələdçiliyi o qədər dəqiq və təbiidir ki, şeirə çevirdiyi fikirlər dərhal yaddaşa köçür. Dillər əzbəri olur. Ona görə də Ə.Əlioğlunun şeirləri  uşaqların dil qabliyyətini, həm də yaddaşını inkişaf etdirməkdə çox dəyərli bir vəsaitdir. Məsələn,  onun “Dağ çayı” yazdığı kimi:


Gün tutub güneylləri,
Dikənibdir dağ çayı.
Bahar qarla yemləyib,
Kökəlibdir dağ çayı.


 Və yaxud:


Dalğıc şəkli çəkmişdi, 
Qumun üstə, Əzizə
Dalğalara qoşulub,
Dalğıc cumdu dənizə.


 Barəsində söz açdığımız bu nəfis kitab  “Vektor” nəşrlər evində işıq üzü görüb. Balacalar üçün nəzərdə tutulduğundan kitabın tərtibatı da, buradakı şeirlərin düzümü də çox təqdirəlayiqdir. Oxuduqca yeni şeirlərin davamı səni özü ilə çəkib aparır. Ona görə də balaca oxucu kitabdan ayrılmaq istəmir.

Əminəm ki, siz də ailənizin balaca təmsilçilərinə bu kitabı  mütləq   alıb hədiyyə edəcəksiniz. Fikrimin sonunda şairin daha bir şeirini sizə təqdim eidrəm:


Elşən neçə pilləsini,
sındırıbdı nərdivanın.
Çatmır əli budağına,
Nə armudun,

Nə almanın.