adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Avqust 2022 09:41
2618
MÜSAHİBƏ

"Sevgi verək ki, sevgi görək..." - MÜSAHİBƏ

Müasir dövrümüzün ən əsas mövzularından biri də insan psixologiyasıdır. Bu dəfə mövzu ətrafında Adalet.az  saytının növbəti müsahibi, bu sahədə öz peşəkarlığı ilə fəaliyyət göstərən psixoloq Ülkər Musayevadır.

- Öncə özünüz və fəaliyyətiniz barədə ümumi məlumat verməyinizi istərdim.

- Musayeva Ülkər Mahir qızı, ali təhsilliyəm. Psixoloq ixtisasına sahiblənməyimin əsas səbəbi uşaqlıq illərimlə bağlıdır. Məni həlğ uşaqlıq zamanından adətən mənəvi cəhətdən sıxan məsələlərin əslində bir təcrübə olduğunu anlayıb, həyata daha pozitiv və daha rahat davam etmək istədiyim üçün bu ixtisası seçmişəm. Nəticədə mən mənəvi olaraq dəyişdim və bu dəyişimi də çox bəyəndim. Daha sonra isə mənim kimi dəyişmək istəyən insanlara da yardımçı olmaq qərarına gəldim. Beləliklə mən zamanla bu sahəni daha peşəkar səviyyədə öyrənməyə başladım. Psixoloq NLP Master,  NAT Master Kuantum Master və bu kimi bacarıqlara yiyələndim. Həm də  mən psixoloji motivator kimi də fəaliyyət göstərirəm.

- Bəzən insanlar psixoloqla psixiatrın fəaliyyətini yanlış anlayır. Bir mütəxəssis olaraq siz pasiyentlərə əslində biri- birindən fərqlənən bu peşələr barədə necə izah verirsiniz?

- Psixoloqla psixoterapevti ilk ayıran səbəblərdən biri, psixoloqun dərman preparatından istifadə etməməsidir. Hər bir məsələ bizim şüuraltımızda yerləşdiyi üçün mən şüuraltı çalışmalar ilə məsələri həll edirəm.

  - Birmənalı olaraq bəzi şəxslərin özünə qəsd etməsi halları da ciddi narahatlıq doğurur. Sizcə intihara meyilli və ya intihar edən insanı “psixiatrik xəstə” adlandırmaq olarmı? Yaxud hər hansı normal insan da bir anın içində intihar vəziyyətinə düşə bilər?

  - Sualınıza cavab olaraq qeyd edim ki, intihar edən və ya intihara meyilli insanları konkret psixi pozuntusu olan xəstə kimi qəbul etməl doğru deyil. İnsan həyatdan əlini üzdüyü zaman intihara cəhd edər. Yəni kimsə yaşamaq üçün heç bir çıxış yolu qalmadığı halda həyatına qəsd edə bilir. Bu problemlə bağlı xeyli iş təcrübəm var. Müşahidələrə əsasən intihara cəhd edən insanların əksər faizində çarəsizlik duyğusunun olduğunu ortaya çıxarmışıq. Çıxış yolu kimi isə intihara meyilli şəxslərlə şüuraltı çalışmalar etmişəm.  Və nəticədə problemi, tam olaraq həll etmişəm.

  - Peşəkar fəaliyyətdə olan hər bir psixoloqun özünəməxsus müalicə metodları olduğunu eşidirik. Bəs sizin mütəsəssis olaraq  xüsusi müalicə metodlarınız varmı?  Və ya hansı psxioloji üsula üstünlük verirsiniz və bunun avantajları nələrdir?

- Bəli mənim də özüməməxsus işləmə metodlarım var. İnsanlara çox qısa zamanda faydalı olmaq mənim başlıca prinsipimdir.Və güclü empatiya bacarığımın nəticəsində ünsiyyətdə olduğum insanın hansı psixoloji probleminin olduğunu rahatlıqla anlaya bilirəm. Zaman, keyfiyyət və qalıcı effekt mənim üçün işdə ən önəmli cəhətlərdir. Çünki vaxt, zaman qızıldan da dəyərlidir. Buna görə də insan öz dəyərli vaxtını düzgün və faydalı istifadə etməlidir.

- Cəmiyyətimizə, xüsusən mənəvi cəhətdən həssas qruplara aid şəxslərə, gənc ailələrə və valideynlərə bir psixoloq kimi nəsə söyləmək istədikləriniz varmı?

- Onu söyləmək istəyirəm ki, biz bir enerjiyik. İnsan olaraq biz digər insanlara hansı enerjini ötürsək onu da geri alırıq. Sanki bu prosess bir  çarx kimi dövr edir. Gənclərimizə və insanlara ilk növbədə bolluca sevgi və sayğı arzu edirəm.  Düşünürəm ki, bütün uğurlu işlərin əsas səbəbi sevgidir.  Sevgi insanın sənəti, vətəni, dostları və ümumiyyətlə həyatın özü üçün ən vacib elementlərdən biridir.

Sevgi verək ki, sevgi görək...

Söhbətləşdi: BÜNYAMİN BÜNYADZADƏ