08 Dekabr 2016 15:28
276708
MODA

"Si viva fashion couture" modalar evinin açılış mərasimi keçirilib - Video

Modelyer Vəfa Quliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin tanınmış simaları – aktrisa Pərvin Abıyeva, aparıcı Çinarə Cəlilova, müğənni Sevinc - Sevil bacıları, diccey Farid və digərləri iştirak edib. Tədbirdə əsasən modellərin təqdimatında kokteyl ziyafət geyimləri tədbir iştirakçılarına nümayiş olunub. Həmçinin fərqli üslubda dizayn olunmuş çanta və ayaqqabı aksesuarları təqdim olunub. Tədbiri giriş sözü ilə açan təşkilatçı, modelyer Vəfa Quliyeva addım atdığı bu işdə uğur qazanacaqlarına inandığını bildirib və görülən işin moda aləmində fərqli çığır açacağına ümid etdiyini qeyd edib. Tədbir əsnasında Diccey Farid və müğənni Sevil – Sevinc bacılarının bir-birindən rəngarəng ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, modelyer Vəfa Quliyevanın hazırladığı kolleksiyanı "Venera” model şirkətinin modelləri, həmçinin Julia Grace, Seva Məmmədova, Kamilla Babayeva və Aynur Şeydayeva təqdim edib.