Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
Mayın 27-si saat 10:00-a olan məlumata əsasən mayın 26-sı bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 27-də gecə və səhər əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 6 mm, Zaqatala, Balakəndə 5 mm, Culfa, Şahbuz, Şahdağ, Göygöl, Naxçıvan, Ordubad, Daşkəsən, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Sabirabad, Cəfərxan, Yardımlıda 4 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Mayın 26-sı saat 16:00 radələrində isə Gədəbəyin Düzyurt kəndi ərazisinə diametri 6-8 mm olan, saat 16:40-16:45 radələrində isə Şahdağa dolu düşüb.
Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Zaqatala, Qrız, Lerik, Pirallahı, Binə, Neft Daşları, Çilov adasında duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan MR-da 21-24, Aran rayonlarında 22-25, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.
Digər Xəbərlər
13 Mart 2026 17:46
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13 Mart 2026 13:59
Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb
13 Mart 2026 12:55
Azərbaycan bu xəstəlikdən azad ölkə statusu aldı
13 Mart 2026 12:19
Bakıda sökülən bu evlərə fərqli kompensasiya verilməsi təklif olunur
13 Mart 2026 11:57
İndiyə qədər azad olunmuş ərazilərin bərpasına 25,5 milyard manat ayrılıb
13 Mart 2026 11:12
Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır
12 Mart 2026 19:48
Polis həmişə olduğu kimi dövləti və xalqı qoruyur...
12 Mart 2026 13:31


Bakı -°C

