adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 May 2016 16:47
125451
RUBRİKA

Sirli ədəbiyyat: "Şəhrizad sindromu"

Nağıl və dastanların insan beyninə,psixologiyasına və gələcəyinə təsiri hələ çoxdan təsdiqlənib. Bəlkə də beynimizinağ kağız kimi yazılmamış, qaralanmamış, ən təmiz dövründə - psixologiyamızın təsirəmeyilli, hətta böyüklərdən, onların sözündən asılı vaxtında, qarşımızda xəyallarınıqurduğumuz gələcəyin astanasında olduğumuz üçün ədəbiyyatın bu növünü asanlıqlaqəbul edib, onun təsiri altına düşürük. Ya da bəlkə, çoxlarının iddia etdiyikimi nağılların hər bir yaşda olan insana xüsusi təsiri, onun özündə daşıdığısirli eyhamlar, müəmmalı kodlardan irəli gəlir. Məsələn, dünya şöhrətli yazıçıLuis Borxes "Min bir gecə nağılları”nı oxuyarkən heç də uşaq olmayıb, ammaözünün də etiraf etdiyi kimi ömrü boyu bu nağılların təsirindən qurtula bilməyib.İstənilən halda, nağılların həyatımızın başlanğıc yaşlardan sona doğru dövrlərinəqədər bir halə kimi bizi əhatə etdiyini dana bilmərik. Bu dəfə "Sirli ədəbiyyat”daelə məhz Borxes kimi şəkkakın da təsirindən də qurtula bilmədiyi "Min bir gecənağılları”ndan, xüsusən də onun qəhrəmanı Şəhrizaddan bəhs edəcəyik.

Təxminən IX əsrdə şifahi ədəbiyyatdan yazıyaköçürülən bu silsilə nağıllar oxunmasına, bəyənilməsinə görə bütün dünyaxalqlarının nağıllarını üstələyir. Ola bilsin ki, bu, nağılların uşaqlar üçündeyil, məhz böyüklər üçün məhrəm xarakter daşımasına görədir. Üstəlik, nağıllarındakısüjetlərin, simvolların rəngarəng və müəmmalı olması, dolğun obrazları ilə müxtəlifyaşlı oxucuları ovsunlaya bildiyinə görə, bu nağıllar dünya miqyasına çıxa bilib.Qeyd edək ki, bu nağıllar azyaşlılar üçün həmişə adaptə olunmuş, belə deyək, "təmizlənmiş”şəkildə təqdim olunub. Orijinal əlyazmasının heç vaxt tapılmadığı toplu gözəlŞəhrizad tərəfindən şah Şəhriyara min bir gecə ərzində danışdığı nağıllardanibarətdir. Şəhriyar hərəmlərindən birinin xəyanətindən dərin sarsılır və yerüzünün bütün qadinlarını etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildəqisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbəvəzirin gözəl və ağıllı qızı Şəhrizada çatır. Ağıllı Şəhrizad evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərəyaxın ən maraqlı yerində yarımçıq bitirir. Beləliklə, hər gecə şaha bir yeninağıl söyləyən Şəhrizad hər nağılı beləcə tamamlamamış halda bitirir və həryarımçıq nağılı ilə həyatını xilas edir. Nağıllar düz 1001 gecə davam edir vəyekunda Şəhrizad şahın qəzəbindən həmişəlik qurtula bilir.

"Min bir gecə nağılları” təkcə öz rəngarəngliyivə erotik cazibəliliyi ilə diqqət çəkmir. Qərb məhz bu nağıllar vasitəsilə Şərqinhəyat tərzini, abu-havasını təsvir edə bilib. Burada təkcə ərəb ölkələri deyil,bütövlükdə Şərqi görmək mümkündür. Odur ki, Qərb dünyası gerçəkliyə bir az da təxəyyülünüqataraq özünü Şərqdə bir qiraətlik belə olsa da təsvir etmək həzzini əldən verməyib.Buna görə də Qərb ölkələrinin demək olar ki, hamısı bu nağılları özdilinə çevirib. Avropa ilk belə tərcüməni 1704-cü ildə fransızca oxuya bilib. Sonrakıtərcümələrin əksəriyyəti məhz ikinci dildən, yəni fransızcadan edilib. Dahasonra orijinal dilə müraciət olunaraq çevrilib, amma təsəvvür edin ki, almanlar1895-ci ildə orijinaldan tərcümə edərkən, üstündə  "əl gəzdirməli” olublar. Çünki alman oxucusu, özü də azyaşlısı eynicinsli, insest şərq sevgisinə, poliqamiyaya hazır deyildi.Görünür, tez öyrəniblər ki, bu gün almanlar orta məktəblərdə növbənöv seks dərsləriverirlər. Yeri gəlmişkən, erməni mənimsəməsi "Min bir gecə nağılları”dan da yanötməyib. İddia edirlər ki, bu nağılları ilk dəfə ermənilər X əsrdə tərcüməediblər.

Nə isə… erməni bir şey deyil, amma ürəkbulandırdığı üçün, ondan fikrimizi tamamilə uzaqlaşdırıb nağılın təəssüratına vəqəhrəmanına qayıdaq.

Qeyd etdiyim kimi, Qərb bu nağıllardan elə təsirlənibki, incəsənət və ədəbiyyatının hər janrında ona geniş yer verib. Həm də bu təəssürattəkcə sıravi oxucu səviyyəsində deyil, Qərbin ən tanınmış şəxslərinə öz silinməzizini qoyub: Düma, Höte, Flober, Stendal, Konan Doyl, Puşkin, Tolstoy və əlbəttəBorxes… Bu adların hər biri ayrıca ədəbiyyat, mənəvi sərvətdir, elə deyilmi?

Bəs rubrikamızın bu dəfəki bölümünüadlandırdığımız "Şəhrizad sindromu” nədir? Məsələ burasındadır ki, Qərbin bunağıllardan təsirlənməsini boşuna qeyd etməmişəm. Özünü dünyanın əhəmiyyətlihissəsi, kainatın dirəyi adlandıran bu ölkələr bir çox məsələdə (ədəbiyyatda,tibbdə, fəlsəfədə, riyazıyyatda və s.) Şərqdən qaynaqlandığını etiraf etməsə də, ən azından, əməldə göstərir. Amma bu Şəhrizad, göründüyü kimi təkcə Şah Şəhriyarıöz cazibəsi və ağlının təsirində saxlamayıb, müasir insanlara da qüdrətini eləgöstərib ki, bu dəfə qərblilər nəinki onun qəhrəmanlıq etdiyi nağıllardanqaynaqlandığını etiraf ediblər, hətta yaranmış psixoloji gərginliyə onun gözəladını da veriblər. Avstriya tarixçisi, şərqşünasıbaron Yosef Hammer-Purqstall (dahi Füzulini Avropaya ilk tanıdan şəxs) araşdırmalarının birində "Gecələr hekayə danışan adamlar” adlı məsələyə diqqət çəkir. Bu cəhəti dünya Şəhrizadla tanısa da, əslində belə qrup insanlar antik dövrlərdə də olub. Məsələn:Makedoniyalı İskəndərin ətrafında bir qrup nağılçılar olub ki, hökmdarın gecələriniöz maraqlı nağılları ilə bəzəyiblər (göründüyü kimi nağılı gecələr təkcəuşaqlara danışmırlarmış). Və bu nağılçılar mütləq gözəl görünüşlü, səlis nitqliolmalıymış ki, hökmdar ona dinləyəndə xoşhallansın, görünüşündən də məmnunqalsın. Yəni, başqalarının həyatını anladan hekayə və onun ən maraqlı yerdə kəsilibsonraya saxlanması ta qədimdən mövcuddur, sadəcə dünyaya Şəhrizad vasitəsiləyayılıb. 

Qərb mütəxəssislərinin fikrincə, ilk dəfə seriallar çəkilməyəbaşlayanda da məhz Şəhrizadın bu üsulu nəzərə alınıb. Fikir verirsinizsə,seriallar (təkrarları çıxmaq şərtilə) əsasən gecələr verilir və təxminən ikisaatlıq bölüm ən maraqlı yerində bitdikdən sonra yorğun izləyici serialın təəssüratındanayrılmadan yatağına girir. Təbii ki bu, insanlara bədii zövq verməklə yanaşı, həm də sosial xarakter daşıyır. Seriallardan narkomancasına asılı qalantamaşaçı artıq, ondan başqa heç nə düşünmür, hətta baş qəhrəmana özünü bənzədir,onun kimi davranır, özünü  də orada təsəvvüredir, yatağına belə o serial və qəhrəmanları haqqında düşünərək uzanır. Bəşəri,sosial problemlərdən uzaqlaşaraq, manqurtlaşır. Zəif iradəli, təsir altına tezdüşən neçə belə insanın ailə dağıtdığı, serialda yaşanan hadisələrdəndepressiyaya düşüb intihar etdiyi, infarkt keçirdiyi danılmazdır.   

Günümüzdəki serialların ilham pərisi və əslindəyaradıcısı olan "Şəhrizad sindromu" başqa formada da özünü göstərir. Ümumiyyətlə, bu termini ilk dəfə amerikalı yazıçı və ssenarist Stefen Kinq işlədib. Onun "İztirab” əsərindəqadın qəhrəman sevdiyi yazıçını öz köləsinə çevirir. Səbəb isə özünün baş qəhrəmanıolduğu əsəri məcburi yazdırmaq istəyi idi. Yazıçıya işgəncə altında məhz özünü xəyallarındatəsvir etdiyi şəkildə yazdırır və əsərin sonluğunun da özü istədiyi kimibitməsini arzulayır. Kinqin bunu "Şəhrizad sindromu” adlandırmasının səbəbi isəbelədir: Şəhrizad onu öldürmək istəyən şahdan məhz nağıl vasitəsilə canınıqurtarır və həyat qazanır. Ən azından əsərlərdə ölümsüz olmaq istəyənlər dəbaşqalarının yazdığı kitablarda öz hekayələrini görmək istəyirlər.

Əslində, ürpədicidir. Çünki az da olsaçoxumuzda bu əlamətlər var. Kim hansısa əsərin qəhrəmanı olub, əbədiyyət qazanmaq istəməz ki?! Xalq yazıçısı Anarın "Beşmərtəbəli evinaltıncı mərtəbəsi” əsərinin qəhrəmanı Təhminə uzun illər qərbsayağı qadınlarınözünü bənzətdiyi idealı olmadımı? Üstəlik, bu Təhminə uğrunda qırğın gedirdi –tanınmış, tanınmamış bir çox qadın "Anar bu əsəri məndən ilhamlanaraq yazıb”deyirdi. Yazıçı üçün ilham pərisi olmaq, əslində rəssam üçün natura pozu verməkkimi bir şeydir. Rəssam kimi yazıçı da eynilə təsvir etdiyi qadını bütünçılpaqlığı ilə göstərir. Bu çılpaqlığa hazır olmaq hər qadının işi və cəsarətideyil. Olsa da sonadək bu cəsarət davam etməz. Çünki hər qadın əvvəl-axır özünükönüllü dustaq edəcəyi bir "həbsxana”ya düşür  və "nəzarətçi”sinin onun keçmişçılpaqlığını xatırlamasını istəmir. Məşhur pornoaktrisa Evita Peron kimi… Sevdiyiadama ərə gedib Argentinanın birinci xanımı olduqdan sonra çılpaq şəkillərinin bəzədiyibütün jurnal və qəzetləri arxivinə qədər yandırtmışdı.

Bax belə… ölümsüzlük cismani mümkün olmasa da,mənən yaxşıdır, amma xəstə təxəyyülsüz olsa… Şəhrizaddan və onun ilham verdiyiseriallardan zövq alın, amma sindromuna tutulmayın.    


Şəfiqə ŞƏFA