adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Iyul 2016 15:15
138680
RUBRİKA

Sirli ədəbiyyat: "Üçbucaq poeziya"

Tarix göstərir ki, bütün əsrlərin sonu, digər əsrlərin başlanğıcıinqilablarla zəngin olub. Bu inqilablar təkcə siyasi müstəvidə deyil,texnoloji, ədəbi, mədəni, dəb və s. sahələri əhatə edib ki, əsrin növbətidavamı həmin dirçəlişin kölgəsində "sərinlənib”. Xronoliji ardıcıllıqla mövzunubaşqa yönə aparmaq niyyətində deyiləm, çünki bu inqilablar arasında ən həssasınıdiqqətə gətirmək istərdim: ədəbi-mədəni inqilabın kölgəsində xumarlanan seksualinqilab! Başqa cür desək "romantizm”, "simvolizm, "modernizm" adı altında ağılalmaz üçlük və çoxluq(poliqamiya). Maraqlıdır ki, yaşadığımız əsr də daxil, bütün dövrlərdə şərqdünyasını poliqamiyada, siğəçilikdə günahlandırıb üstünə də cahil damğasıvurublar. Amma qərb dünyası müxtəlif sevgi üçbucaqları, orgiyalar, insestləri həyatınınbir parçası edərkən "İntibah”, "Gümüş əsr”, "Mədəni dirçəliş”, "Postmodernizm”və s. adlarla bəzəyib təfəkkürləri korlayıblar. Elə çox guleylənmədən sevgiüçbucağının istər ədəbi-mədəni, istər elmi mühitdə normal sayıldığı "Gümüş əsr”sevgilərini "Sirli ədəbiyyat”da işıqlandıraq.

Vladimir Mayakovski, Aleksandr Blok, Anna Axmatova kimiadlar nəinki Rusiya, hətta onun sərhədlərindən kənarda da tanınıb sevilir, əsərlərikitab rəflərinin ən görkəmli sıralarında özünə yer alır. Başqa sözlə, bu adlar vəonların bəhrəsi ölməzlər sırasındadır. Amma düşünəndə ki, həmin ədəbi nümunələrinilham mənbəyi necə bir sevgi olub, ən yaxşı, ən tolerant halda təəccüblənirsən.Pisini özünüz oxuyanda hiss edərsiniz. Təəssüratlar sərbəstdir!

XX əsr nəinki texnoloji yenilikləri ilə digər əsrləri üstələdi,həm də elmi, ədəbi-mədəni mühitdə yaradıcılıqdan tutmuş, davranışa, şəxsimünasibətlərə qədər kökündən dəyişdi. Bu əsrə qədər dəfələrlə cinsi azadlıq vəya qapalılıq növbələşərək tarixdə öz izlərini qoymuşdu. Deyək ki, qədim Roma əxlaqsızlığındansonrakı dövrdə Xristian dininin gətirdiyi özünənəzarət uzun müddət davametsə də yenidən "İntibah” adı altında əski dəyərlərin üstündən xətt çəkməklə açıq-saçıqlıq baş qaldırdı. İstər ədəbiyyat, istər incəsənətdə tərənnümedilən çoxünvanlı sevgi macəraları kübar cəmiyyətlə yanaşı, ən sıravi ailələridə əhatə edirdi ki, arzuolunmaz qan qohumluqları, bir evdə qarışıq fərdlərləsevgi münasibətləri baş alıb gedirdi. Sonrakı dövrdə yenə ülvi hisslər qalib gəldi,mənəviyyat əxlaqsızlığı üstələdi. Amma "Gümüş əsr”in gözqamaşdıran çoxsevgililiyiyenidən kölgəyə çəkilmiş əxlaqsızlığı ədəbi-mədəni cərəyanların müxtəlif adıaltında işıqlandırmağa başladı. Yuxarıda adlarını çəkdiyim qələm adamları buinsanlardan sadəcə bir neçəsidir, daha doğrusu, dünya ədəbiyyatına bəlkə də rəhbərlikedən rus ədəbiyyatının bayraqdarlarıdır.

Qeyd etdiyim dövrdə ənənəvi ailə institutu nəinki "üçüncü yamağ”auğradı, hətta kökündən dəyişildi. "Gümüş əsr”in ədəbi təmsilçiləri bu dəyişikliklərinümunə olsun deyə, öz həyatlarında tətbiq etməyə başladılar. Mənəvi normalarıpozan poliqamik evlilikləri ilə müasirlərinin tez-tez heyrətləndirirdilər.


Осип Брик, Лиля Брик и Владимир Маяковский | Фото: profilib.com


Bunların içərisində ən diqqət çəkən "nikah” şair Vladimir Mayakovski ilə o zamanın ən yaxşı ədəbi dərnək və salonlarından birinin sahibəsi Lilya Brik vəonun qanuni əri ədəbi tənqidçi Osip Brik arasında olub. Mayakovski ilə Lilyanın münasibətləribaşlayanda qadın ərdə idi və nikahını pozmağa da maraqlı deyildi. Dəli-divanəaşiq olan Mayakovski vəziyyəti olduğu kimi qəbul edir, amma sevgilisindən dəayrılmaq istəmir. Çıxış yolu kimi şair sevgilisinin evində yaşamağı görür. OsipBrikin də "xeyir-dua”sı ilə üçlük bir evin içində xoşbəxt həyat sürür. Üstəlik, münasibətlərini də gizlətmədən kübar dairələrə belə üçlük formasında təşrifbuyururlar. Eyni zamanda, üçlüyün hər üzvünün də "anlaşma”ya görə kənardaayrıca sevgilililər mövcud idi ki, bu da onların xoşbəxtliyinə qətiyyən xələl gətirmirdi.Sonralar Lilya xatirələrində bu sevgi macərasına belə bəraət qazandırırdı: "Bəzənbilərəkdən Volodyanı o biri otaqda bağlayıb Osiplə sevişirdik. Aramıza gələbilməyən Volodya hirsindən ağlayırdı. Amma növbəti gün bu qısa ayrılıqdan törəyənmöhtəşəm şeirlər yazırdı. Yəni rus poeziyasına belə əvəzolunmaz xidmətlərimolub”.

Qəribəsi odur ki, Mayakovskinin alnına başqa üçbucaq məhəbbət də yazılmışdı. Onun daha bir taleyüklü sevgilisi olmuş aktrisa Veronika Polonskayada ərli qadın idi. Onlar tanış olanda qızın 21, şairin isə 36 yaşı vardı. Brikləsevgi oyunundan yorulmuş şair, gerçək münasibəti bu sevgidə axtarsa da, alınmır.Veronika da ərindən ayrılmaq istəmir və şair taleyinin yenidən təkrarlanmasındandepressiyaya düşür. Aktrisadan boşanmağı, hətta sənətini atmağı tələb edir, təəssüf ki, rədd cavabı alır. Və sonuncu belə tələbdolu münaqişədən sonra özünü güllələyir.   


"Poeziyaya belə əvəzolunmaz xidmətləri” olan şairlərdən biri dəşöhrəti sərhədlər aşmış Anna Axmatova idi. 1919-cu ildə Axmatova ikinci ərindəndə ayrıldıqdan sonra yaxın rəfiqəsi – aktrisa, dövrünün ilham pərilərindənsayılan Olqa Qlebova-Sudeykinanın yanına köçür. Olqanın əri, bəstəkar ArturLurye Annanın keçmiş sevgilisi olmuşdu və rəfiqəsi də bunu bilirdi. Odur ki,köhnə sevgi yenilənəndə bu Olqanı qətiyyən narahat emədi, əksinə belə münasibətihər iki tərəfin yaradıcılığı üçün münbit şərait hesab etdi. Nəticədə, hər ikiyaradıcı şəxsin ilham pərisi rolunu oynamaqla baş qəhrəmana çevrilirdi.Axmatovanın "Qəhrəmansız poeması”nın qəhrəmanı da elə rəfiqəsi idi. Ammafiloloq Aleksandr Jolkovskinin iddiasına görə, bu üçbucaqda kişi əsas deyildi.Sevgi hissləri əsasən iki rəfiqənin arasında tüğyan edirdi. Bu münasibət taLurye Berlinə gedənə qədər davam etdi. Bir daha Rusiyaya qayıtmayan Burye "həyatyoldaşları”nı Berlinə çağırsa da yalnız Olqa bu çağırışa səs verdi. AxmatovaRusiyada qalıb yenidən ərə getdi.   

Yeri gəlmişkən, Olqa bundan qabaq rəssam Sergey Sudeykində ərdə olandada belə üçbucaq formalaşdırmışdı: şair Mixail Kuzmini öz ailəsinin vazkeçilməzüzvü etmişdi. Hələ araya 4-cü üzv, 18 yaşlı gənc şair Vsevolod Knyazev də daxilolduqdan sonra bu roman faciəylə bitdi. Dəliqanlı yaşda olan şair dolaşıq vəziyyətədözməyib özünü güllələdi.  


Андрей Белый, Любовь Менделеева и Александр Блок | Фото: aif.ru


Şair Aleksandr Blok, onun arvadı – məşhur kimyaçı alim Mendeleyevinqızı Lyubov Mendeleyeva və daha bir şair Andrey Belıy. Yəni əsrin əvvəlində səssalmış növbəti sevgi üçlüyü. Blok arvadına sırf alim atasına görə həddən artıqhörmətlə yanaşırdı, hətta ideallaşdırırdı. Nəticədə isə bu izdivac getdikcəplatonikləşirdi. Bununla belə Blokun kənarda müğənni Voloxova və aktrisaDelmasla münasibətləri vardı. Nəhayət ədəbi dərnəklərin birində Andrey Belıyalim qızına aşiq olur və çılğın sevgi alovu tezliklə şəhər mühitini "bürüyür”. Blokisə bu "buynuzqoyma” prosesindən narahat olmadan, "tretiy lişniy” demədən özünübu məhəbbətin dəryasına atır. Amma ənənəvi kişilik qüruru öz sözünü deyir.Tezliklə Blok arvadını şair dostuna qısqanır, deyilənə görə hətta duelə dəçağırır (bu, dəqiq məlumat deyil). Amma fakt odur ki, Belıy da dostuna xəyanətetdiyi üçün özünü qınayıb depressiyaya düşür. Buna baxmayaraq, alim qızına olanməhəbbətindən də vaz keçmir. Lakin bu məhəbbət cəmi iki il çəkir. Sonra qanuni ər-arvadınyeni məhəbbət macəraları ortaya çıxsa da, bu, onların nikahını daha da möhkəmləndirir,hər halda 18 il birgə yaşayıblar. Hərçənd Mendeleyeva sevgililərinin birindənuşaq dünyaya gətirib.

Əslində üçbucaqlı siyahıda belə macəralar çoxdur. Mövzunu uzatmaq, həttaardını növbəti buraxılışda davam etmək olardı. Nəzərə alsaq ki, bəzi oxucularpoeziyanın özü ilə yanaşı, onun müəllifini də ilahiləşdirmək istəyirlər. Odurki, şeytanilik zirvəsində olmuş şairlərin sayəsində bu ilahi mərtəbəyə gedənpillələri uçurmayaq. 


Şəfiqə ŞƏFA