adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Fevral 2016 16:36
103020
RUBRİKA

Sirli ədəbiyyat: Yarıtanrılar əfsanəsi

Ədəbiyyatın bilinməyən, görünməyən tərəfi - sirləri oxunmaq üçün tələsir. Təbii ki, bizim araşdırdıqlarımız bu sirlərdən yalnız bir hissəsidir. Qalanları isə yenə də Əlahəzrət Zamanın hökmü ilə ortaya çıxacaq. Bu dəfə isə "Sirli ədəbiyyat" rubrikamızda hibrid yolu əmələ gəlmiş yarıtanrılardan bəhs edəcəyik.

Alimlərinən maraqlı və vaz keçə bilmədiyi təcrübələrindən biri hibrid yaratmaqdır. Bugünə kimi gerçək-xəyali olaraq heyvanlar, bitkilər, hətta insanlar üzərində beləqarışıq növləşdirmə prosesi aparıblar. Bu cür qarışıq canlının əldə olunması bəlkədə insan şüurunun alt yapısından irəli gəlir. Çünki ağlımız kəsəndən yarıinsan-yarıheyvanvə ya yarıtanrılar haqqında sirli, qorxulu nağılları çox dinlədiyimizdəndir, əlinəfürsət düşüb alim olanlarımız da uşaqlıq xəyallarını reallaşdırmağa çalışırlar.Amma hibrid yaratma meyli təkcə elmdə deyil, ədəbiyyatda da özünə yer edə bilibki, bu təxəyyülün sayəsində dünya ədəbiyyatına antik dövrlərdən bu yanaçoxsaylı fantastik əsərlər daxil olub.

Hibrid haqqındabizə ilk məlumat antik yunan ədəbiyyatında verilir. Tanrılar və insanlarınizdivacından yaranmış yarıtanrılar – Herakl, Promotey, Atlant, Herkules kimi vəheyvanlarla insanın qarışığından əmələ gələn kentavrlar (yarı at, yarı insan). Yerigəlmişkən, Hibrid latın sözü olub, əslində bir millətin digəri ilə qarışığınadeyilir (bizdə metis anlayışı kimi). Daha doğrusu, o dövrün ən elit xalqısayılan romalının qeyri-romalı ilə nikahından yaranmış uşaq nəzərdətutulur.  Bənzər mövzuya Qədim Misir ədəbiyyatındada rast gəlmək mümkündür. Amma yunanlardan fərqli olaraq misirlilər tanrılarınıdaha toxunulmaz hesab edir və onların insanlarla izdivacını təsvir etmirdilər.Güman ki, bu Qədim Misir elitasının adi insanı saymazdan gəlmələri iləbağlıdır. Onlar daha çox tanrılarının heyvanlarla izdivac qurub yeni və güclü nəslinformalaşmasının tərəfdarı idilər ki, bizə gəlib çatan təsvirlərində də başı şir,pişik, əjdaha, bədəni isə insan olan tanrıların təsvirləri, fiqurlarımövcuddur. Elə hind eposları da yerli hindlilərlə yadplanetlilərin izdivacındanyaranan yeni və daha sağlam, gözəl nəslin tərənnümü ilə kifayət qədər zəngindir.Yadplanetlilər məsələsinə bir az sonra yenidən qayıdacağıq.  



Nəzərə alsaq ki,nağıllar keçmiş və ya gələcəkdən bəhs edən bədii xəbərdarlıqdır. Deməli hibridlərinnə zamansa, həqiqətən də mövcud olduğunu ehtimal etmək olar. Hər halda alimlərinbugünkü çabası da elə bu cür qarışıq növlərin əldə olunmasıdır. Çılğın alim təxəyyülüsonunu düşünmədən, yaratdıqları məxluqatların bəşəriyyətə fəsadınınolub-olmayacağını hesaba almadan elm uğrunda bu təcrübəyə yox deyə bilmirlər.Alimlərin belə əcaib təcrübələri ədəbiyyata bol süjet verir. Sonrakı dövrlərdəşifahi xalq ədəbiyyatında naməlum müəlliflərin təxəyyülü daha da qorxunc görkəmalaraq insan və paranormal varlıqların birgə məhsulu olan canlılardan bəhs edilməyəbaşladı. Vahiməni adrenalin kimi canına çəkən ölümlü insanlar belə varlıqları təsnifatlandırmaqdanda yan keçmirdilər. Məsələn hibridlə onun atası qulyabanı arasındakı fərqləriaxtararaq belə müəyyənləşdirirdilər ki, hibrid də atası kimi ölümsüz olsa daonu da müəyyən dualarla zəiflətmək olar. Amma onlar atalarından daha güclü,daha sürətlidirlər. İstənilən an heyvan şəklinə düşərək insan qarşısına çıxmaqbacarığına malikdir, gecələr olduğu kimi gündüzlər də rahat şəkildə insanarasına çıxa bilir, günəş qorxusu olmur, yüksək təmkin və soyuqqanlılıq nümayişetdirirlər və s.

Yazılı ədəbiyyatdamistik-fantastik janr geniş vüsət almağa başladığında da ilk müraciət olunanmövzu hibridlər olmuşdu. Görünür, bəşəriyyət təkcə başqa millətlərlə nikahagirib qarışıq nəsil yaratmaqdan doyub, artıq yeni növ canlılar yaratmaqda maraqlıdır.Bu da əlbəttə ki, insanda allahlıq iddiasının təsiridir ki, sanki yaradanınameydan oxuyaraq onun da canlı yarada bilmək qüdrətinin sübutuna əsaslanır. Yaxudgözəgörünməz Tanrının öz aralarındakı modelini yaratmaq, ona toxunmaq istəyidirki, əslində buddizmin mahiyyətində də bu dayanır. Yaxşı yadımdadır ki, bir dəfədaş bütə dua edən hindlidən soruşdum ki, doğrudanmı bu daşın sənə kömək edəcəyinəinanırsan? Cavab düşündürücü oldu: "Bu gördüyün daş mənim tanrımın özü deyil,onun heykəlidir. Biz səmavi dinlilər kimi tanrıya görməzə-bilməzə ibadətetmirik, hüzuruna getmək üçün qiyaməti gözləmirik, onu daşlarda əbədiləşdirib həran toxuna, hiss edə, hüzurunda dayana bilirik. Üstəlik, bu bütlərin çoxuyarımtanrılardır. Allahın səmadan göndərdiyi varlıqlarla insan izdivacındanyaranıblar".

Görünür, hər biryaradılışın canında tanrısını bütləşdirmək duyğusu var ki, insanlar onu cismaniləşdirməyəçalışırlar. Məgər təkallahlılığı mədh edən müsəlmanlar imam və seyidlərin şəkillərinidaşıyıb, evlərindən asmırlarmı? Elə bu da bütpərəstliyin bir növüdür ki, digər səmavidinlərdə də rastlanır. İnsanlar Tanrıdan çox, müqəddəslərə inanırlar, səbəb isəməhz həmin müqəddəslərin gözəgörünən olmasıdır. İnsan gözəgörünməz Allahınmövcudluğunu nə qədər qəbul eləsə də, şüur altı ona gördüyünə inan deyir. Beləliklədə bir tərəfi müqəddəs, bir tərəfi ölümlü yarımtanrılar meydana çıxır ki, insandüşüncəsində onlar adi insanlardan daha güclü, daha kamil və qüdrətli hesabolunurlar.  

Fantastikanın ən uğurlu ədəbi nümunəsi ingilis yazıçısı Meri Şellinin "Frenkenşteynvə ya müasir Promotey” romanıdır. Xanım yazar yuxuda gördüklərini sətirlərəköçürərək dünya ədəbiyyatı üçün fantastik şedevr yarada bilib. Belə ki, MeriŞelli bir gecə yuxudan oyanaraq çardaqdan gələn səslərin nə olduğunu tapmaqüçün ora qalxır və orada gördüklərinə inana bilmir: ağbəniz gənc alim yaratdığıməxluqun qarşısında dayanmışdı. Çox güclü mühərrikin işə salınmasından sonraotağın ortasında uzanan ölü dirilir. Elə bu dəm Meri də çox qorxmuş haldayuxudan oyanır və beləliklə də əfsanə yaranır. Meri belə düşünür ki, onuqorxudan bu kabus minlərlə digər insanı da qorxuda bilər. Qorxu və elm birləşərək"Frenkenşteyn, və ya müasir Promotey" əsərini yaradır. Yazıçı odövrün ilk texnoloji icadlarından ilhamlanırdı və məhz həmin zamanda populyarolan Qalvanizm cərəyanına əsasən obrazını canlandırırdı. Qalvanizm – İtaliyanınBaloniya Universitetinin fiziki Luici Qalvaninin təcrübələri idi. Qalvaninin təcrübələriqısa müddət ərzində Avropada sensasiyalar yaradıb. Qalvani hesab edirdi ki, istəniləncanlı əl və ayaqlarını hərəkət etdirmək üçün elektrik enerjisinə ehtiyac duyur.Başqa sözlə, hərəkətlərin kökündə elektrik enerjisi dayanır. Digər canlılarınüzərində apardığı təcrübələrdən sonra, Qalvani ölmüş məhkumların üzərində də təcrübəaparıb. Ölü insanların bədənindən güclü elektrik cərəyanı keçirməklə möhtəşəm nəticələrəldə edib: ölünün gözləri açılıb bağlanıb, əli qalxıb. Cərəyan miqdarıartırıldıqda isə ölü qalxaraq oturub.

Romanda gənc alimViktor Frenkenşteyn ildırımın qoca palıdı necə parçaladığını və yandırdığınıgörür. Bu möhtəşəm gücdən ilham alan Viktor ildırımla - bu ilahi od qığılcımıilə təcrübələr aparmağa başlayır.

Qalvaninin təcrübələrio zamankı elmi-fantastik yazıçıların əksəriyyəti üçün ilham mənbəyi olmuşdu.Bunlardan biri də amerikalı Edqar Allan Po, britaniyalı Herbert Uells idi. Sonuncunun"Doktor Moronun adası” əsərində yenidən hibrid mövzusu qabardılır. Bu dəfə həkimMoro kimsəsiz adaya gələrək elmi təcrübələrini həyata keçirir. Müxtəlifheyvanları bir-birinə "calaq” edir ki, qorxunc nəticələr alınır. Şir bədənli,dovşan başlı, tülkü bədənli ceyran başlı və s. təbiətin düzənini alt-üst edən əcaibheyvanlar yaradır. Amma bu heyvanları fərqləndirən cəhət təkcə bu deyildi,onlar insan kimi danışmağı da bacarırdılar.



Yuxarıda qeyd etdiyimizhind eposlarına – insanların yadplanetlilər ilə izdivacına qayıdaq. Qərb alimlərininson zamanlarda belə bir ehtimalı irəli sürülür ki, yadplanetlilər Yer üzününinsanlarını öz planetlərinə təcrübə üçün apararkən onların yalnız kişi və qadınolmalarından asılı olaraq, sperma və yumurtalıqlarını alırlar. Buna qədər isə dəfələrləiddia olunurdu ki, bu dünyanın insanlarını bəzən cismən, bəzən də ruhən olaraqözləri ilə aparıb beyin hüceylərini, qan və sümük iliklərini istifadə edirlər. Busonuncu ehtimal nədən qaynaqlanır, hələ ki alimlər müfəsəl məlumat vermirlər,amma bildirirlər ki, insan toxumu ilə yadplanetlilərinki birləşdirilərək yeni nəsilyaradılacağı (bəlkə də artıq yaradıldığı) dəqiqdir. Niyə? Yenə də əvvəlki qeydlərimizədiqqət yetirsək görərik ki, məqsəd daha güclü və sağlam canlının yetişdirilməsidir.İnsan görkəmini və zehni inkişafına görə çox-çox irəlidə olan yadplanetlininmental qabiliyyətlərini mənimsəyən nəsil daha güclü, sağlam, insani duyğulardanuzaq və soyuqqanlı olacaq. Bu iddialarda əsas axtarmaq olar, belə ki, məhz bu məqsədlətarix boyu hibridlərin əldə olunmasına çalışılıb. Çünki insan nə qədər güclü, zəkalı,dözümlü, hətta qəddar olursa olsun, yenə də müxtəlif duyğular daşıyır,emosional eniş-yoxuş yaşayır, qısası, bir ürəyə sahibdir. Təbiiki, böyük xəyalları və iddiaları olan insan yarıtanrıların axtarışı üçün hələ çox təcrübələrə əl atacaq, amma onun saydığı ilə fələyin hesabı həmişə üst-üstə düşməyə bilər. Allah ona şərik olmaqistəyənlərə daim aciz insan olduğunu xatırladıb. Yadplanetlilərə gəlincə isə,bu sadəcə bir iddiadır, icraat olduğu halda ilahi müdaxilənin də özünü gecikdirməyəcəyişübhəsizdir. 


Şəfiqə ŞƏFA