Şirvanda “kombi” oğruları həbs edildi
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər ərazisində yerləşən iki fərdi evdən oğurluq edən Laçın Zeynalov və Əlizamin Əliyev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin ümumi dəyəri 2400 manan olan 2 ədəd kombi aparatını oğurlayaraq dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, L.Zeynalov və Ə.Əliyev barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
31 Yanvar 2025 12:46
İrandan Azərbaycana narkotik keçirmək istədi
31 Yanvar 2025 12:18Şabranda xeyli sayda silah-sursat aşkarlanıb
31 Yanvar 2025 12:15Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanıldı
31 Yanvar 2025 10:40Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanıldı
30 Yanvar 2025 19:43