adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 May 2022 14:36
1254
SAĞLAMLIQ

Sizin səxavətiniz 14 yaşlı bir uşağı YAŞADA BİLƏR: Talassemiyalı İlhamə... - FOTO

Həzrət Əli (ə) səxavətli olmağın insan həyatına təsirini belə belə açır: Bəzi xəstələr vardır ki, dərmanın yaxşı təsirini hiss edərək, onu əldə etmək üçün uzun yolu qət etməyə razı olurlar. Biz də səxavət dərmanımızın ardınca düşək və onu əldə etməyə çalışaq.Nədir səxavətin təsiri?-deyə sorsanız.

1. Səxavət Allahın kamal sifətlərindən biridir.

2. Səxavət İlahi peyğəmbərlərin (ə) əxlaqındandır.

3. Səxavət dinin möhkəm sütunudur.

4. Səxavət yəqin nurunun şüasıdır. Yəni, səxavətin yaranma amillərindən biri də yəqindir.

5. Səxavətli insan öz malını başqalarına gözüyumulu infaq edər.

6. O kəs ki, səxavətli deyildir, ölümü həyatından daha yaxşıdır”.

Bu gün səxavətli olmağınızın, Allaha yaxınlığınızın, insanlığa borcunuzun, dinə sədaqətinizin, dindaşınıza yardım əlinizi uzatmağınızın sübut günüdür...

 

Adalet.az xəbər verir ki, 14 yaşlı Nağızadə İlhamə anadangəlmə talassemiya xəstəliyindən əziyyət çəkir. Bir neçə il əvvəl Almaniyada ona ilik transplantasiyası edilmişdir. Lakin əməliyyatdan sonra yaranmış müxtəlif yan təsirlərin aradan qaldırılması üçün müalicənin davam etdirilməsinə təcili ehtiyac var. Dəri savaşı və bir çox yan təsirlər başlayıb.

Almaniyanın Tubingen şəhərinin Kinderklinikası müalicə kursu üçün iyul ayının 18 de ora olmagı söyleyıblər . Həmin tarixə qədər klinikanın göndərdiyi invoys məbləği ödənməli, bilet və viza alınmalı, o cümlədən 3 aylıq müalicə dövrü üçün yaşamaq xərcləri toplanmalıdır. İlhamənin anası Günay xanım qızını tək böyüdür, bir müəllimə kimi onun müalicə xərclərini ödəməyə gücü çatmır. Əməliyyat xərclərini ödəmək üçün xeyirxah insanların yardımları ilə bərabər öz əmlakını da satmağa məcbur olmuş ailənin maddi durumu müalicələri davam etdirməyə imkan vermir. Buna görə də ailənin xeyirxah insanların yardımına ehtiyacı var. Kliniki nəticələrin təhlilinə əsasən İlhamə gələcəkdə ana ola bilməyəcək, lakin uşaqlıqdan xəstəliklə mübarizə aparan qızcığaz müalicə kurslarını keçdikdən sonra sağlamlığına qovuşa bilər. Hazırda İlhamə 17 saylı məktəbdə təhsil alır və əlaçıdır. İlhaməyə kömək etmək istəyənlər anasının adına olan aşağıdakı kart hesabına yardım göndərə bilərlər.

4169 7377 0706 4693 Gunay Asgarova!

Allah köməyiniz olsun!Əmin olun ki, səxavətli olmağınız bir soydaşınızı ölümün pəncəsindən qurtaracaq: Allah, din, insanlıq, vicdanınınz xatirinə səxavətli olun ki, İlhamə balamız normal həyata dönsün!

 

Əntiqə Rəşid