Sovet ordusunun Əfqanıstana hücumundan 45 il ötür
Düz 45 il əvvəl, dekabrın 27- də SSRİ hərbi desant qüvvələri, Baş Kəşfiyyat idarəsinin döyüşçüləri (ALFA), DTX-a əməkdaşlarından ibarət xüsusiyi yaradılmış qrup, Əfqanıstanın baş naziri və hakim partiyanın baş katibi Hafizulla Əminin sarayına hücum edərək, baş naziri qətlə yetirdilər. Bununla da 10 ilə yaxın sürən Əfqanıstan müharibəsi başladı.
1978-ci ilin aprel aylnda Əfqanıstanda inqilab baş verdi və ölkə prezidenti Mühəmməd Daut hakimiyyətdən salındı. Ölkədə vətındaş müharibəsi başladı. Hakimiyyətin əsas vəzifələri Əfqanlstan Xalq Demokratik pariyasının liderləri Nur Mühəmməd Taraki və onun müavini Babrak Karmal və daha bir müavini, eyni zamanda xarici işlər naziri Hafizulla Əmin arasında bölündü. Onların arasında hakimiyyət davasl başladı. Əmin, rəqiblərinə qarşı daha çox qəddarlığı ilə seçilirdi.
O vaxtki SSRİ rəhbərliyində kimə daha çoc üstünlük verilməsi ilə bağlı yekdul fikir yox idi. Siyasi büronun ideiloqu Mixail Suslov və onun ətrafı Əfqanlstanda siəpsialzim sisteminin qurulmasını, xarici işlər naziri Andrey Qramıko isə Finlandiya modeli təklif edirdilər. Baş katib Leonid İliç Brejnevin fovariti Taraki idi.
Sovet ittifaqı Kommunist Partiyaslnın siyasi bürosu 1979-cu ilin iyun ayında, Sovet İttifaqının "diplomatik missiyasınının təhlükəsizliyinin qorunması" adı altlnda 150 nəfərdən ibarət xüsusi xidmət orqanlarının əməkdaşlarını paytaxt Kabula göndərdi. İlk vaxtlar onların vəzifəsi diplomatik korpusu qurumaq və kəşfiyyat materialları toplamaqdan ibarət idi. Sentyabr aylnda onları Baç Kəşfiyyat İdarəsinin xüsusi təlim görmüş hərbiçiləri (ALFA) döyüşçüləri əvəz etdi. Onların qarşısına isə daha çətin tapşırıq qoyulmuşdu.
DTX-a rəhbərliyi, Sovet rəhbərliyini inandırmışdı ki, partiyadaxili qarşıdurmalarda qalib gələrək, baş nazir postunda əyləşmiş Əmin hakimiyyəti tamamilə ələ almaq istəyir və bu Moskva üçün çox təhlükəli ola bilər. Siyasi büro, bundan sonra Əmini devirmək qərarına gəlir. Bu əməliyyatın həyata keçirilməsi üçün, "Ştorm-333" kodu altlnda artıq Kabulda yerləşdirilmiş ALFA-ya dəstək olmaları üçün, əlavə olaraq DTX-nın 130, müdafiə nazirliyi Baş Qərargah İdarəsunin 525, və 650 nəfərlik Hərbi Hava Qüvvələri paraşüt-desant polku göndərilir.
Onlar ildırlm sürətiylə Əfqanıstanın baş qərəgahının binasını, DİN-ni, Baş Teleqraf Mərkəsini, Dövlət Təhlükəsizliyi Xidmıtini və bir slra nühüm dövlət obyektlərini ələ keçirməliydilər. Bu arada artıq Əmin, baş nazir Tarakini qətlə yetirərək özü baş nazir postuna əyləşmişdi.
1979- cu il, dekabr ayının 27- də Tac-Bəy sarayına qəfil hücum başlayır və 45- dəqiqə ərzində əməliyyat müvəffəqiyyətlə başa çatdırılır.
Əminin sarayını 300 nəfərlik xüsusi qvardiya və onun özünün xahişi ilə Orta Asiyadan, özbək, tükmən və taciklərdən ibarət, təxminən 400 nəfər sovet əsgərləri qoruyurdular.
Bir haşiyəyə çıxım. Mən 1987-ci ildə Özbəkistan Respublika prokurorluğuna çalışırdım. Bizim şöbə rəisimiz Oleq Qriqoryeviç Matsenkonun ALFA-da xidmət edən iki dostu, Vanya və Paşa (adları çox güman ki, qondarma idi. Onların bir neçə adla müxtəlif vəsiqələri olur. Mən Birinci Qarabağ savaşında Viktor Petroviç Polyaniçkonun mühafizə qrupunun üzvlərindən bilirəm. Özləri azərbaycanlı olsalar da, vəsiqələrində ukraynalı, moldavan, rus, belarus adları yazılmışdı) qonaq gəlmişdi. Dediklərinə görə, Vülnüsdə başlayan etiraz dalğalarının qarşısını almaq üçün bir neçə aydır ki, Esoniyanın paytaxtı Vülnüsdədirlər. İndi də bir neçə günlük "istirahət" etməyə gəliblər. İkisi də də ALFA-nın tərkibində xidmət zamanı Əfqanlsrana ilk hücumda işturak etmişfilər. . Onlar Əminin sarayına hücumla bağlı deyirdilər ki, əməliyyat başlayanda bizim sovet əsgərlərinə xəbər vermək imkanı olmadı, bizə tapşırlq veilmişdi ki, sarayda bir nəfər də sağ qalmamalıdır. Əməliyyat planıın açığa çıxmamadl üçün hücum vaxtı Əminin sarayını mühavizə efən xüsusi qvardiyası ilə birlikdə, Orta Asitadan olan sovet əsgərlərini də öldürmək məcburiyyətində qaldlq. Onlar bilmirdilər ki, hücum edənlər özlərinkilərdi, ciddi meqavimət göstərirdilər.
Əminin qətlə yetirilməsi üçün 6 nəfərlik xüsusi hazırlıqlı qrup ayrılmışdı. Onlara "sizin vəzifəniz- onu məhv edin", deyə əmr verilmişdi. Əminin otağına daxil olan qrup heç bir xəbərdarlıq etmədən avtomat silahlardan atəş açdılar. Əminlə yanaşı 8 yaşlı oğlu və qızı da, qətlə yetirildi.
10 ilə yaxın davam edən müharubədə 15 midən çox sovet əsgər və zabiti həlak oldu, on minərlə hərbiçi yaralanaraq sağlamlıqlarlnı itirdilər. Bundan başqa onsuz da çökməkdı olan sovet hökumətinin iqtisadiyyatına böyük zərbə vurulurdu. Qırmızı İmperiya dövləti artıq bu yükü çəkçək, boşalan büdcəni bərpa etmək iqtidarında deyildi. Ona görə də, 1989- cu ildə sovet ordusunun Əfqanlstandan çıxarılması barədə qərar qəbul olundu. 1989-cu il fevral ayının 15-də sonuncu sovet əsgəri məğlub durumda, suyu süzülə-süzülə Əfqanıstan ərazilərini tərk etdi.
Tərk etdi, lakin on iil ərzində ölkəni elə viran qoydu., Kommunistlər bu ölkəyə rlə bir toxum səpdilər ki, bu gün də Əfqanlstanda vətəndaş qarşıdurması davam edir...