adalet.az header logo
  • Bakı -°C
31 Iyul 2025 15:08
609
HADİSƏ
A- A+

Skuterlə qəzaya düşərək ölən Ülviyyə idmançı imiş

Xəbər verdiyimiz kimi,ötən gün Bakının Nəsimi rayonu ərazisində avtomobilin skuteri vurması nəticəsində 1 nəfər ölüb.

Adalet.az-ın məlumatına görə, qəza zamanı skuteri idarə edən Ülviyyə Əhmədova həyatını itirib.

Mərhum “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvü idi. O, yelkən idman növü ilə məşğul olub və müxtəlif uğurlar qazanıb.