SOCAR-dan Türkiyədə şəbəkələrin satışı ilə bağlı açıqlama
Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrə olunmuş sənaye qrupu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə”nin tərkibində fəaliyyət göstərən təbii qaz paylayıcı “Bursaqaz” və “Kayseriqaz” şirkətlərinin satışı ilə bağlı sövdələşmə yekunlaşdırılıb.
Adalet.az xəbər verir ki, bu barədə “SOCAR Türkiyə” məlumat yayıb.
Məlumata görə, “Bursaqaz” və “Kayseriqaz” şirkətləri satış prosesinin tamamlanması ilə bağlı yeni sahibi “AKSA Enerji” şirkəti tərəfindən idarə olunacaq.
Qeyd edək ki, 2019-cu ildən “SOCAR Türkiyə”nin idarəçiliyi altında fəaliyyət göstərən “Bursaqaz” və “Kayseriqaz” öz məsuliyyət zonalarında təxminən iki milyon abunəçiyə təbii qaz paylanması xidmətlərini göstərir. “Bursaqaz" 7 min kilometrdən çox şəbəkə vasitəsilə təxminən 1,2 milyon abunəçiyə xidmət göstərir və son istehlakçılara satış həcminə görə Türkiyənin dördüncü ən böyük qaz paylayıcı şirkətidir. “Kayseriqaz” isə 7 min kilometri aşan şəbəkə uzunluğu ilə 700 min abonenti təhlükəsiz təbii qaz ilə təmin edir.
Bu şirkətləri 2019-cu ildə aldıqdan sonra “SOCAR Türkiyə” onların infrastrukturunun inkişafına, xidmət keyfiyyətinin artırılmasına və innovasiyaların tətbiqinə əhəmiyyətli vəsait yatırıb. Nəticədə şirkətlər təkcə əməliyyat göstəricilərini yaxşılaşdırmayıb, həm də yeni ərazilərdə təbii qaza çıxışı təmin ediblər.
“Biz “Bursagaz” və “Kayserigaz”ın məsuliyyət zonasında olan bütün yaşayış məntəqələrini təbii qazla təmin etmək vədimizi yerinə yetirdiyimiz üçün qürur duyuruq. Bu şirkətlər inkişaf etmiş infrastrukturu, yüksək iş keyfiyyəti və əməkdaşların peşəkarlığı sayəsində investorların diqqətini cəlb edib. Satış qərarı uzunmüddətli strateji məqsədlərimizə uyğundur", - deyə “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov bu sövdələşməni şərh edərkən bildirib.
Onun sözlərinə görə, Türkiyəyə təxminən 18,5 milyard ABŞ dolları sərmayə qoyan "SOCAR Türkiyə" ölkənin ən böyük birbaşa xarici investoru olaraq qalır: “Şirkət neft-kimya sektorunun inkişafı da daxil olmaqla strateji əhəmiyyətli istiqamətlərə diqqət yetirəcək. Bu planlar çərçivəsində “SOCAR Türkiyə” artıq yeni neft-kimya layihələri üçün ilkin mühəndislik işlərinə (Pre-FEED və FEED) başlayıb. Biz Azərbaycan və Türkiyənin iqtisadi, sosial inkişafına və məşğulluğuna töhfə verən layihələri həyata keçirməyə davam edəcəyik”.
Digər Xəbərlər
06 Dekabr 2025 10:57
Neftimiz 67 dollara çatır
06 Dekabr 2025 10:54
Azərbaycan manatı ilə bağlı vacib PROQNOZ
06 Dekabr 2025 10:03
Suqovuşanda 65 min manata ticarət mərkəzi tikiləcək
05 Dekabr 2025 18:00
“Gömrük–biznes” inkişaf modeli yaradılacaq
05 Dekabr 2025 10:52
Maaşlar 9,5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
05 Dekabr 2025 10:26
172,3 milyon manatdan çox ƏDV geri qaytarılıb
04 Dekabr 2025 12:49
Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb
04 Dekabr 2025 10:42


Bakı -°C

