Sumqayıtda kişinin spirtli içkidən ölməsi iddiası ilə bağlı AÇIQLAMA

Mediada Sumqayıt şəhər sakininin qəbul etdiyi spirtli içkidən vəfat etməsi ilə bağlı yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılıb.
Agentlikdən Adalet.az-a verilən xəbərə görə, araşdırmalar zamanı məlum olub ki, iyunun 22-də saat 01.40 radələrində normadan artıq spirtli içki ilə birgə enerji içkisi qəbul etdikdən sonra Sumqayıt şəhər Xəstəxanasına hospitalizə olunan Familzadə Elfan Elşən oğluna həkimlər tərəfindən alkoqollu sərxoşluq diaqnozu qoyulub və ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Həmin şəxslə telefonla əlaqə saxlanılıb və vəziyyəti qənaətbəxşdir.
Bununla da hadisə zamanı ölüm və ya qida zəhərlənməsi olması xəbəri öz təsdiqini tapmayıb.
AQTA bu kimi yanlış məlumatların yayılmaması üçün vətəndaşları zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməyə, kütləvi informasiya vasitələrini isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməyə çağırıb.
Digər Xəbərlər

“E-bülleten” sistemi səhiyyə xidmətlərində effektivliyi və operativliyi artırır

Qan verənlərin sayı açıqlandı - YENİLƏNİB

Koronavirusun yeni ştamı YAYILDI

ÜST-dən ÇAĞIRIŞ: Spirtli içkilərin, siqaretin qiyməti ARTIRILSIN

"Dövlətin ayırdığı pulsuz dərmanı ala bilmirəm" - Əməkdar artist TƏBİB-dən şikayətləndi

Aşura günü bu məkanlarda qanvermə aksiyası keçiriləcək - SİYAHI

Bu tibb işçiləri cərimələnəcək
