Dünyanın ən güclü əsgəri Azərbaycan əsgəri!
O,öz gücünü 44 günlük İkinci Qarabağ savaşında göstərdi. Və gücü nəinki ermənilər bütün dünya gördü. Bütün dünya gördu ki, 30 il BMT-nin çıxardığı dörd qətnamə havada qaldı və icra olunmadı.
Və o qətnaməni Azərbaycan Ordusu, Azərbaycan əsgəri həyata keçirdi! Ali Baş Komandan, Prezident İlham Əliyev və Azərbaycan Ordusu göstərdi ki, biz öz gücümüzlə hər işi həll edə bilirik, heç bir ölkə məmləkətimizə yuxarıdan aşağı baxan bilməz! Ermənilər və onun havadarları Azərbaycan Ordusunun gücünə yaxşı bələddir! Çünki ordumuz 44 günlük savaşdakından da qat-qat güclüdür.
Sadəcə bəzən havadarlarına arxayın olub, küçə itləri kimi ağız-ağıza verib hürürlər. Bir neçə dəfə başları əzilib, bax onda da quyruq bulayıblar. Deyirlər ki, keçinin buynuzu geyişəndə çobanın çomağına sürtər! Bax indi də onların deyəsən , buynuzları geyişir. Hərçənd ki, onların buynuzları 44 günlük savaşda sındırılıb! Ordusu olmayan, on mindən çox fərarisi olan bir ölkənin hansı döyüs yolundan danışmaq olar?!İndi yenə sərhəddə və Qarabağda tez-tez atəşkəsi pozurlar! Amma darıxmayın , elə həmin anda da payların alırlar.
Çünki Azərbaycan Ordusu , Azərbaycan əsgəri ilə heç kim zarafat eləyə bilməz! Bütün dünya ermənilərin arxasında dayanıb! Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbayan Ordusunun arxasında isə Allah durub! İndi görək kim güclüdür- ermənilər, yoxsa, biz?!