"Dünyanın o üzü"

Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olan və müddətdən artıq Azərbaycan Ordusunda xidmət etmiş şəhid Elçin Tehran oğlu Süleymanovun qəhrəmanlığından bəhs edən çoxlu sayda publisist yazılar, məqalələr, şeirlər dərc olunub.
Çünki Elçın Süleymanov 44 günlük İkinci Qarabağ savaşında "Ohanyan səddi" ni tankla yaran ,yaşayış məntəqələrimizi erməni işğalından azad edən igidlərimizdəndir. Bu günlərdə Elçin Süleymanovun döyüş yolundan Əməkdar jurnalist Faiq Qismətoğlunun qələmə aldığı "Dünyanın o üzu" kitabı çapdan çıxıb. Kitabın ideya müəllifi şairə Zeynəb Bəhmənli, redaktoru tanınmış yazıçı- jurnalist Sabir Hüseynovdur.
Kitabda Elçin Süleymanovla bağlı doğmalarının, müəllimlərinin, sinif yoldaşlarının, silahdaşlarının xatirələri toplanıb. Onun sınif yoldaşı Ramil Məmmədovun bir fikrini xatırlatmaq istəyirik:" Elçin kimi qəhrəmanlar şəhid olanda ölmürlər, onlar unudulan da ölürlər. Biz də onları, o cümlədən E. Şüleymanovu heç vaxt unutmayacağıq."
Şəhidlər haqqında nə qədər kitab yazılsa, film çəkilsə, yenə azdır. Düşünurük ki, yeni çapdan çıxmış bu kitab şəhid Elçin Süleymanovun ruhunu sevindirəcək , valideynlərinə və onu sevənlərə bir təsəlli olacaq!
Emil Faiqoğlu
Digər Xəbərlər

“Söz”ün Sevdası

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
