İndi yeni ailə quran gənclərin bir çoxu çətinliyə, maddi sıxıntiya dözmür və bunun nəticəsində onların arasında söz-söhbət yaranır, böyük narazılıqlar başlanır.
Hadisələr get-gedə daha da kəskinləşır, hər iki tərəf bir-birinə güzəşt eləmir. El dilində dəmiş olsaq heç kəs yanan ocağın ustünə su tökmək istəmir, əksinə odun üstünə benzin tökürlər. Hər tərəfdən təzyiqlərə məruz qalan gənc ailə dağılır. Bir ailə tanıyiram. Öglan da qız da, tərbiyəli və savadlı gənclərdir.
Oğlan on beş gün dənizdə işləyir, on beş gün də evdə olur. Yaxşı da əməkhaqqı alır. İki yerdə evi, maşını var. Bir sözlə, hər iki gənc bir-birini başa düşur və mehriban yaşayırdılar. Amma qızın anası ailənin işinə bütün sözlər, söz- söbət yaradırdı. Bir dəfə boşanmaq istədilər, qonum-qonşu onları barışdırdi və ailəni dağılmağa qoymadı. Ancaq qızın anası bundan nəticə çıxarmadı, yenidən onların daxili işlərinə qarışdı.Və axırda da oğlan bu müdaxilələrdən bezıb, iki uşaqla qadını boşadı. İndi onlar hər ikisi çıxılmaz duruma düşüb; qız anasının yanına qayıdıb, oğlansa tək yaşayır.
Buda ailənin işinə qarışmağin acı nəticəsi.Ona görə də valideynlər bu məsələlərdə çox diqqətli olmalı, uşaqlarını başa düşməlidir. Yersiz müdaxilələr və digər hərəkətlər ailələrin dağılmasına gətirib, çıxarır! Ona görə də biz ev dağıtmalı deyil, ev tikməliyik!... Ki, bizim səhvimiz üzündən gənc ailələr dağılmasın!...