8-ci Kilometr bazarı sökülməyəcək
Bir həftədən çoxdur ki, ölkə mətbuatında 8-ci Kilometr bazarının söküləcəyi ilə bağlı xəbərlər yayılar.
Bu xəbərlər isə həm əhalini,həm də bazarda çalışanları çox narahat edir. Çünki bu bazar Bakıda məhsulların ən ucuz satıldığı yerdir və üstəlikdə burada 5 mindən çox insan işləyir. El dilində demiş olsaq, bazardan 15 mindən çox insan dolanır və çörək yeyir.
Deməli, bu bazar sadə insanlar üçün həddindən artıq sərfəlidir! Amma görünur, bəzi oliqarxların bazara gözü düşüb və onu uzun illərdir işlədən iş adamlarının əllərindən almaq istəyirlər. Axı bizdə adətdir kiminsə əlindən halal obyektini almaq. Ala bilməyəndə də ya ona " torba tikirlər, ya da obyekti yandırırlar.
Məgər elə hadisələr azmı olub? 8-ci Kilometr bazarı dəfələr yandırılıb və onun yanındakı məşhur ticarət mərkəzi də iki il bundan əvvəl müəmmalî şəkildə yandirıldı! Buradan belə məntiqi nəticə çıxır ki, bu bazarda istənilən vaxt gözəgörünməz qûvvələr tərəfindən yandırıla bilər. Mötəbər mənbədən aldığımız məlumata görə, kənd təsərrüfatı məhsullarının satıldığı 8-ci Kilometr bazarı nə söküləcək, nə də satılacaq və burada heç nə dəyişməyəcək.
Bu barədə satıçlar da maarifləndirilib. Sadəcə olaraq bəzi maraqlı qüvvələr bu şaiyələrı yaymaqla kimlərinsə dəyirmanına su tökür, orada çalışan və evlərinə çörək aparan minlərlə insanın əsəbləri ilə oynayır, onların qanını qaraldırlar!
Emil Faiqoğlu