Dünya Qarabağlı: Ramazan bayramı
On birə sultandı Ramazan ayı,
Hər zaman çox olsun mərdlərin sayı,
Xoş olsun qisməti,çox olsun payı,
Pisləri düz yola gətirsin Allah.
Onlara xoş niyyət ötürsün Allah.
******
Kimisi qəlb qırır,könül sındırır,
Kimisi şər deyir,kimi yandırır,
Kimisi damarda qanı dondurur,
Pisləri düz yola gətirsin Allah.
Onlara xoş niyyət ötürsün Allah.
******
Ağaclar bar verər,başını əyər,
Barsızlar həmişə özünü öyər,
Yamanlar sözü də sənə sərt deyər.
Pisləri düz yola gətirsin Allah.
Onlara xoş niyyət ötürsün Allah.
******
Yaxşının hər ayı,ili xoş olsun,
Yaxşı kəslər yaxşılığa tuş olsun.
Qəlbində qəm yeri hər an boş olsun.
Pisləri düz yola gətirsin Allah.
Onlara xoş niyyət ötürsün Allah.
******
Sözü sərt deyəni,özün çəkəni,
Kimsənin bağında tikan əkəni,
Xoşlamır Allahım zəhər tökəni.
Pisləri düz yola gətirsin Allah.
Onlara xoş niyyət ötürsün Allah.
******
Silahlar,sursatlar qoy bağlı qalsın.
İlin hər fəsli baharlı qalsın.
Düşmənin sinəsi qoy dağlı qalsın.
Pisləri düz yola gətirsin Allah.
Onlara xoş niyyət ötürsün Allah.
******
O uca göylərim bulud görməsin.
Torpaq sevinc əksin,kədər dərməsin.
İnsanlar yaşasın,vaxtsız ölməsin.
Pisləri düz yola gətirsin Allah.
Onlara xoş niyyət ötürsün Allah.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər
16 Dekabr 2025 09:36
Anar Ələkbərov Xalq yazıçısını evində TƏBRİK ETDİ
15 Dekabr 2025 14:46
“Axırıncı aşırım”ın kölgəsində qalan gerçək Qəmlonun faciəvi həyatı
15 Dekabr 2025 11:16
Gülzar Vahabzadə: “Bu sevgi tamaşaçılarla ifaçıları birləşdirərək, hamını ifaçıya çevirmişdi”
15 Dekabr 2025 10:36


Bakı -°C

