01 Avqust 2024 12:05
2253
ƏDƏBİYYAT

TƏLƏBƏLİKDƏN ZİRVƏYƏ YOLDA

Bu sizin öz tərcümeyi-halınızdan, xatirənizin bir parçasının məqaləşməsidir. Hər birimiz unutmayaq ki, ölkənin yaşayış tarixində ən böyük uğurlardan biri, insan ömrünün əvəzedilməz, yaddaşlardan silinməz ən mühüm dövrü tələbəlikdir. Təhsil aldığımız dövrün ömür pilləsində məqsədini, məramını, qətiyyətini bərqərar edən tələbəlik illərimizi hər birimiz xatırlayırıq. Qismətimizə insan ömrünün tufanlı illərində həyatın növbəti pilləsində addımlamaq düşüb.

Onlar ölkənin böyük kadr sərvətinin qızıl səhifəsidir. Digər tərəfdən də tələbəlik illəri tərcümeyi-halımızın qızıl geriyə yol olmayan zirvəyə yoldur. Zirvəyə gedən yolda qazanılan uğura görə tələbəlik illərinə borcluyuq.

"Gəncənin səsi" qəzetinin baş redaktoru, "Tərəqqi" medallı" "Qızıl qələm" medallı jurnalist Rəfiqə Sadıqovanın hər kəsi səfərbər edəcək fikri çox maraqlıdır. "Həqiqi jurnalisti axan çaya bənzədirəm. Əgər o, dənizə qovuşmursa, demək qəlbən jurnalist deyil. Mən həmişə jurnalist adı ilə öyünmüşəm".

Jurnalist fəaliyyətinin bütün dövründə böyük imtahanlardan çıxan, adını tarixin şərəf kitabına yazdıra bilən şəxs olmalıdır.

Çoxları avropalaşıb xatirə və memuar söyləyirlər.

Əslində sən ədəbiyyatşünaslıqdan bilirsən ki, xatirə həcmcə oçerkdən böyük ola bilər. Siz yazsanız da xatirə ədəbiyyatdır.

Sən qeyd etməsən də bu bir xatirə ədəbiyyatı, nüsxəsidir. Belə bir deyim var ki, xatirələr fantastik şəxsiyyətlər haqqında yazılmalıdır. Ruhunu əbədi fəth edən faktiki həyat materialından çox mənalı memuar ədəbiyyatı yaratmısınız.O günlərə çox mənalı qibtə ediləcək şəkildə "səyahət" edirsən. Yaşadığınız günləri bütün zamanlarda, bu gün də unutmadığınız bəllidir.

Yaddaş sənədi əsasına söykənənləri xatirə faktları əsasında yazmısan. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti də yoxdur.

Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri düzgün təsvir etməkdir. Bundan başqa, tələbə yoldaşlara qərəzli yanaşmaq olmaz. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi xatirə, ağa qara deməmək memuar janrının mühüm xüsusiyyətlərindəndir. Siz bu qanuna çox yaxşı yanaşmısınız. Düzü düz, əyrini əyri yazmısınız. Sən tərəzisi düz çəkənlərdənsən. "Bu dünyanın tərəzisi səhv çəkir. Səhv çəkənlər düz çəkənə dərs keçir" deyimini unutmamısınız. Memuar ədəbiyyatında xəyali adlar deyil, uzun İllərdən sonra mühafizə olunan adlardır, tələbəlik illərinin səhifələridir. Gör neçə evlərdə xatirələr oxundu, əksəriyyəti sevinir. Yazıdan sonra əzizlərini itirən insanlar şübhəsiz ağladılar.

Axı, səndə bir tarixi hakim - real hadisələrə əsaslanma məcburiyyəti də var.

Başqa cür yanaşmaq olmaz. Sən neçə il geriyə qayıdırsan. İnşallah yaddaşın sənə xəyanət etməz.

Axı, bu həqiqətdir ki, yaddaş sahibinə xəyanət etmir. Yaddaş adı ilə yalanları onun adında oxuculara sırıyırlar. Buna görə də xatirə ədəbiyyatına mütəxəssislər "toxunulmaz" sahə deyirlər.

Axı sən kateqoriya ağacı deyilən bir məkandasan. Tökülmüş budaqlardan real budaqlar kimi istifadə etmək olmaz. Ona görə ki, yaratdığın xatirə ədəbiyyatı müəllif kimi müdrikləşmiş məzmundadır. Sən gələcəkdə xatirə ədəbiyyatı müsabiqəsində də iştirak edə bilərsən.Düz yazırsan. Səndə də yalnız həqiqətlər danışır. Məqaləyə kobud, nəzarətsiz və hər hansı bir kohnə konvensiya yaddır. Məni, inanıram başqalarını da yazıya cəlb edən onun təbiiliyi və tələbə həyatı keçirmiş şəxslərə yaxınlığı, nümunə olmasıdır. Əlbəttə, yolları uzun illərdən sonra, qoca vaxtında görüşə dəvət etməsindədir. Tələbəlik və 50 ildən sonra görüş simaya ziddir. Bu görüşlər sevinc və kədərlə yüklənmişdir. Axı, biz onlarla cavan oğlan və qız olaraq ayrılmışdıq. İndi isə 70 yaşından artıq "Dədə Qorqudla" görüşürük.Onlar bu vaxta qədər daxili tənhalıqdan əziyyət çəkirdilər. Bəlkə də heç yadlarına düşmürdü ki , onu daima sevənlər Azərbaycanın hər yerinə səpələnmişlər. Bir papağa bənddirlər. Dostlar bir araya gəldikdə macəra ruhuna, kortəbiiliyə, yalnızlığa istənilən problemə münasibətdə asanlıq ruhu gətirir. Tək tələbə dostlar tək qaldığı dünya okeanından sahilə çıxıb deyir "artıq mən tək deyiləm, Vaqif bəy və başqa dostlar, arxalanmalı olan dostlar var. Brutlardan (Sezarın varisi, qılıncı Sezarın ürəyinə saplayan. "Brut sən də" ifadəsi belə yaranmışdır Sonra Sezarın vəsiyyətnaməsi açılanda hər şeyi Bruta vəsiyyət etdiyi məlum olur).

Sağ olsun yaxşı insanlar. Artıq 50 il bundan əvvəlki tələbələr tərəddüd etmədən dostluq edəcək insanlardır. Təzə dostlar yazını oxuduqda açıq olmasa da Vaqif bəy" Yaxşı insanlıqdan başqa yaxşı da jurnalist imiş" deyəcəklər. Görüşdə olmayanlar, rəhmətə gedənlər də yad edilmiş, onlardan qalan xatirələri paylaşılmışdır. Yalqızlıqdan həyatı boş görünən tələbə dostlar söykənmə yə "divar" tapırlar. Həyat sevinci tələbə dostlara qayıtdı.

Görüşün baş qəhrəmanları, inanmaq olar ki, dostların görüşdən sonrakı həyatında bir-birinin taleyi ilə əlaqədar məlumat toplayacaq. Kimsə bir tük yandırması ilə köməyə yetəcəklər. Ömrün sonuna qədər qocaman tələbələr yaxın dost olaraq qalacaqlar. Bu görüş dostların hər cür təltiflərindən yüksək və qiymətli idi. Onlar bilmirdilər ki, bir vaxtların tələbəsi Vaqif ixtisas və əmək fəaliyyəti ilə çoxlarının həsrət olduğu təltiflərə sahibdir. Vaqif onları reklam edən deyildir. Mən inanmaq istərdim tələbəlik nominasiyası üzrə müsabiqə keçirilsə, Vaqif bəyin xatirə haqqında yazısını "tələbəlik illəri haqqında ən yaxşı yazı" nümunəsi hesab etmək olar. Tələbəlik illəri haqqında 3 xatirəni qeyd etsələr, Vaqif bəyin yazısı birinci yeri tuta bilərdi.

Tələbə dostlar tək qaldıqları həyat okeanında istiqaməti müəyyən edirlər.

Vaqif həmişə tələbə yoldaşlarından sitat gətirir. O zaman ürəkdən sevinir. Onun ədəb-ərkanlı, qüsursuz tövsiyələri olan tələbə dostları var.

Qeyd etməliyəm ki, xatirədə həcm məhdudiyyəti də yoxdur. Ona görə də təkrar nəşrdə səhifə sayını artırmağa imkanın var.

Məqalənin bəyənilməsi, bir sözlə, oxunma və bəyənmə indeksi də çox yüksəkdir.

Bu, hamıya, o cümlədən mənim də yadima tələbəlik illəri haqqında xatirə yazmağın mümkünlüyü nümunəsini verdi.

Xatirələr dünyasın da Uğurlar Vaqif bəy!

Həsən Sadıqov,

Tarix elmləri doktoru