Həkimlər xəstələrin əsəbləri ilə oynayır
Bu gün ölkəmizdə insanların sağlamlığı üçün dövlət çox böyük işlər görür.
Və bundan da əhali razılıq edir. Belə işlərdən biri də İcbari Tibb Sığortadır. El dilində demiş olsaq əvvəllər hər hansı cərrahiyyə əməliyyatına xəstə bir ətək pul ödəyirdi. İndisə əksər cərrahiyyə əməliyyatları pasiyentlər üçün pulsuz başa gəlir.Amma xəstələr müxtəlif müalicə ocaqlarına gedərkən İcbari Tibbi Sığorta alarkən olmazın əziyyətin çəkirlər.
Məsələn, mənim bir dostum gözündən əməliyyat olunmaq üçün Suraxanı Tibbi Mərkəzindən göndəriş olmaq üçün günlərlə vaxt itirib. Axırda da min bir çətinliklə göndərişi əldə edib.Ümimuyyətlə, pasiyent lər İcbari Tibb Sığorta alarkən poliklinika və tibb mərkəzlərndə süründürülür, incidilir və get - kələ salınır.Bu isə böyük narazılıqlara gətirib çıxarır.
Ona görə də hər hansı xəstəxanada əməliyyat aparılarkən İcbari Tibb Sığortanı da onlar özləri həll etməlidir ki, insanlar günlərlə vaxt itirməsin, bu xəstəxanadan o xəstəxanaya qaçmasın. Yəni bir sözlə, bu işlərî elə tənzimləmək olar ki, pasiyentlər İcbari Tibb Sığortanı asanlıqla ala bilsin. Həmin işləri isə TƏBİB görməlidir.TƏBİB isə hələ ki, bu işlərin öhdəsindən gələ bilmir!
Emil Faiqoğlu
Digər Xəbərlər
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
12 Sentyabr 2026 10:20


Bakı -°C

