14 Oktyabr 2024 08:53
1894
ƏDƏBİYYAT

Dünya Qarabağlı: Ey Rəhim Allahım,Rəhman Allahım

Mən səni sevirəm,dünyalar qədər.

Səsimə cavab ver,olmasın hədər.

Nifrətli insanı sən eylə betər.

Ey Rəhim Allahım,Rəhman Allahım.

******

Əlindən tuturam dara düşəndə,

Kömək eyləyirəm tora düşəndə,

Eyləmə namərdə çarə,düşəndə.

Ey Rəhim Allahım,Rəhman Allahım.

******

Gözünə baxanda nifrəti gördüm.

Azaldı sevincim,çoxaldı dərdim.

Hakimlik səndədi,qərara gəldim.

Ey Rəhim Allahım,Rəhman Allahım.

******

Salamı verəndə,almayanda var,

Bu salama layiq,olmayanda var,

Ayağı torpaqda,qalmayanda var.

Ey Rəhim Allahım,Rəhman Allahım.

******

Hardandı insanda bu qədər nifrət.

Qorxmayıb heç nədən,eyləyir curət.

Qoy,belə insanı,xoşluğa həsrət

Ey Rəhim Allahım,Rəhman Allahım.

******

İnsanı quyuya salır birisi,

Onu düşündürmür işin gerisi,

Tezliklə zavala gəlsin,beləsi.

Ey Rəhim Allahım,Rəhman Allahım.

******

Pislik eyləmirəm,inan qorxuram.

Nifrətimi qəzəbində tapıram.

O qəzəbi,xəyalımda yapıram.

Ey Rəhim Allahım,Rəhman Allahım.

******

Gizlədirəm pisə olan kinimi,

Yada sallam mərhəmətli dinimi,

Salacaqsan,sən cənnətə yönümü.

Ey Rəhim Allahım,Rəhman Allahım.

******

Yaxşı insan,yaxşı olsa yamana,

Haqq oyanar,işıq düşər cahana,

Haqq səsindən,zərbə gələr yamana.

Ey Rəhim Allahım,Rəhman Allahım.

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.