18 Oktyabr 2024 12:52
90
MƏMLƏKƏT

Azərbaycanda istilik noyabrın birindən...

Havalar getdikcə, soyumağa  başlayır. Təbii ki, soyuq havalarda isə mənzillər qızdırılmalıdır.

Oktyabr ayı da soyuq keçir. Belə bir durumda  insanlar mənzillərini ya kombi sistemi , ya qazla, ya da  elektrik sobaları ilə qızdırmağa məcbur olur. Azərbaycanı istiliklə təchiz etməli olan " Azəristiliktəchizat" ən azından mənzillərə istiliyi  noyabrın 15- də verə biləcək.Hələ də adını çəkdiyimiz qurum sovet dönəmindən qalan  rejimlə işləyir.

Başa düşmək olmur ki, niyə " Azəristliktəchizat"  köhnə sistemdən əl çəkmir.Bax bu, çox qəribədir! Dəfələrlə istiliyin  noyabrın 1- dən verilməsinə bağlı  böyük əhali kütləsi aidiyyatı quruma öz fikrin bildirib. Həmin  qurumda da, səlahiyyətli şəxslər bildirib  ki, bu məsələlər bizim səlahiyyətimizdə deyil, Nazirlər Kabinetindən asılıdır.

Eyni zamanda problemin həll edilməsində  "Azərsu"yun və " Azərişıq"ın üzərinə yüksək məsuliyyət düşür.Hər halda, çox yaxşı olardı ki, paytaxtımız Bakıda mənzillərə  istilik  noyabrın 1- dən verilsə yaxşıdır!

 

Emil Faiqoğlu