18 Oktyabr 2024 13:31
90
MƏMLƏKƏT

Metro qatarlarında soyuqdur...  

Bakı Metropoliten  İdarəsi son vaxtlar  dünya standartlarına cavab verən  qatarlar və vaqonlar alıb.

O vaqonlar müasir texnologiya ilə  təchiz edilib, kondinsionerlər quraşdırılıb. Bunlar hamısı çox gözəl! Amma gözəl olmayan odur ki, kondisionerlər payız və qış mövsümündə də işləyir.

Düzdür, bu, gənclərə və orta nəslin nümayəndələrinə ləzzət eləyir, amma  qoca, xəstə və  zəif insanlar pis təsir edir. Üstəlik də  qatarlarda kondisionerlər çox yüksək  təzyiqlə işləyir. Yay aylarını başa düşmək olur.

Bəs payıza, qışa nə söz?  Dəfələrlə metroda yaşlı adamları görmüşəm ki, kondisionerli qatar minmir, köhnə qatarları gözləyib və həmin qatarlara minirlər. Ona görə də Bakı Metropoliteninin İdarəsi bu barədə ciddi düşünməli və problemin həlli üçün çıxış yolu tapmalıdır!

Emil Faiqoğlu